Roman Pokora: “Simurq”un problemi qol vura bilməməkdir”

Roman Pokora: “Simurq”un problemi qol vura bilməməkdir”
PREMYER LİQA 9 Dekabr 2009 / 20:34 3044
-  A +

“Oyundan öncə “Standard”dan qorxmurduq. Bununla belə, rəqibə hörmətlə yanaşırdıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis bildirib ki, “Standard”da baş verən məşqçi dəyişikliyi komandanın xeyrinə olub: “Böyükağa Hacıyevin gəlişindən sonra “Standard” xeyli güclənib. Amma biz bu gün qələbə qazanmalıydıq. Komandam yaxşı oynadı. Kimdənsə narazı qaldığımı deyə bilmərəm. Lakin komandanın problemi qol vura bilməməyindədir. Çalışacağıq ki, qarşıdakı oyunlarda bu problemi aradan qaldıraq”. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı