Kaxaber Sxadadze: «Bu cür təqvimi başa düşmürəm»

Kaxaber Sxadadze: «Bu cür təqvimi başa düşmürəm»
PREMYER LİQA 9 Dekabr 2009 / 16:51 3329
-  A +

«İnter»in baş məşqçisi Kaxaber Sxadadze «Bakı»ya bugünkü məğlubiyyətdən sonra çempionatın təqvimini müəyyənləşdirənlərdən narazılığını ifadə edib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında gürcü məşqçi üç gün əvvəl güclü «Xəzər Lənkəran», bu gün isə çempion «Bakı»yla qarşılaşdıqlarını xatırladıb. «Hər iki matç bizim üçün çətin keçdi. Bu cür təqvimi başa düşmürəm. Yaxşı olardı ki, gələcəkdə təqvimi tərtib edərkən bu cür halları nəzərə alsınlar». Amma Sxadadze bütün bu fikirlərilə komandasının «Bakı»ya məğlubiyyətinə bəraət qazandırmadığını deyib: «Bu gün «İnter» çox zəif oynadı, imkanlarından aşağı səviyyədə çıxış etdi. İlk hissədə üstünlük nisbətən bizim tərəfdə idi, qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin fasilədən sonra rəqib üstünlüyü ələ alıb qapımızdan iki top keçirdi. Mənə ən çox təsir edənsə bu idi ki, birinci qolu buraxanda uşaq səhvinə yol verdik. Amma futbolda bu cür hallar olur. Heç nəyi dəyişmək mümkün deyil. İndi bütün fikirləri qarşıdakı oyunlara yönəltməliyik».

Son xəbərlər