Bülənt Qorxmaz: «Bakı» yüksək səviyyəli oyun sərgiləmədi»

Bülənt Qorxmaz: «Bakı» yüksək səviyyəli oyun sərgiləmədi»
PREMYER LİQA 9 Dekabr 2009 / 16:40 3118
-  A +

«Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz lider «İnter» üzərindəki çətin qələbəyə baxmayaraq, komandasının oyunundan tam razı qalmayıb. Qol.Az-ın məlumatına görə, bu barədə türkiyəli mütəxəssis bu gün «İnter»lə oyundan sonra keçirilən mətbuat konfransında məlumat verib. O, ilk hissədə istədikləri kimi oynaya bilmədiklərini vurğulayıb: «Bəzi mövqe səhvləri buraxırdıq ki, rəqib də qapımız qarşısında təhlükəli vəziyyət yaradırdı. Amma fasilədən sonra komanda toparlandı və həmin səhvləri təkrarlamadı. Nəticədə iki qol vuraraq mühüm qələbə qazandıq. Amma bu qələbəyə baxmayaraq, hələ də demək olmaz ki, «Bakı» yüksək səviyyəli oyun sərgilədi. Əsas nəticəydi onu da qazandıq. Komandamızın mübarizə əzmi məni qane edir».

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı