Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı

Yazarlar
 Moskva küçələrindən qeydlər
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
Qazaxıstan - Azərbaycan - Şəkillər
Top 5
Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu
İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda
"Qarabağ"ın rəqibi müəyyənləşdi
“Qarabağ” Billiata bu qədər pul təklif edir
Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
Linklər
525ci Qəzet

Arayış
A A A

[11.11.2015]
Arayış

Futbolumuzun qəsdinə duranlar az idi, biri də bu yandan çıxdı. Yağışı deyirəm, yağışı. Başladısa, dayanmaq bilmir, payızın bütün planını bir-iki gündə doldurmaq istəyir.

Bakını, Qəbələni, Gəncəni deyə bilmərəm. Amma belə görünür ki, Lənkəranla ayrı haqq-hesabı var. Neçə vaxtdır işləri yolunda getməyən “Xəzər Lənkəran”a yağış da bir tərəfdən “ilişir”. Necə deyərlər, əri döyən arvadı, it də qapır bir yandan. 

FİFA-nın bu klubla “razborka”sını bilməyən bir kimsə yoxdur, bəs yağış cənublulardan nə istəyir, bilmirəm? Həftə səkkiz, mən doqquz gəlib stadionunun, bazanın qapısını kəsdirir ki, mən də varam. Deyilənə görə, əvvəllər ancaq vergi yığanlar belə tez-tez gəlirmişlər. Nə isə, məsələni qəlizləşdirməyək...

Ələyi ələnib, xəlbiri göydə fırlanan “Xəzər Lənkəran” növbəti ev oyununu da yağış altında keçirəsi olub. Bu gün Premyer Liqamızda at oynadan “Qarabağ”la günəşli havada oynamaq asan məsələ deyil, yağış altında “ağ yaşıllar”ın işi lap çətinə düşüb.

“Xəzər Lənkəran”ın çempionatın lideri ilə görüşünü izləyə bilmədim, hər iki klubun futbolçuları yağış və palçıqla mübarizə aparanda dəvət olunduğum seminardan qayıdırdım. Başıma yağış döyəcləməsə də, narahat idim. Stadiondakı qardaşlarla yolboyu tez-tez telefon əlaqəsi saxlayırdım, belə məlum olurdu ki, bircə yağış və hesab “Xəzər Lənkəran”ın əleyhinə işləyir.
Sonra qarşılaşma ilə bağlı jurnalist yazılarını, azarkeş şərhlərini oxudum, oyundan hazırlanan video özətə baxdım. Yunis Hüseynovun gənc futbolçuları Bakıda olduğu kimi, Lənkərandakı cavab görüşündə də “Qarabağ”a layiqli müqavimət göstərməyi bacarıblar. Orxan Sadıqlı, Elvin Mirzəyev, Zaman Mirzəzadə, Elnur Cəfərov, Elşən Rzazadə... oyun boyu dəfələrlə azarkeşlərin alqışını qazanıblar. Qurban Qurbanov da oyun sonrası mətbuat konfransında  lənkəranlı gənclərin mübarizə əzmini xüsusi qeyd edib.

Lənkərandakı matçı idarə edən baş hakim Rauf Cabbarovu da qeyd etmək məncə yerinə düşər. Yağış altında və gilli-palçıqlı meydanda ora-bura qaçmaq asan məsələ deyil. Oyunun 50-ci dəqiqəsində, “Qarabağ” hesabda irəli olarkən köhnə tanışımız Əfran İsmayılov cərimə meydançasında topu əli ilə önünə atıb “Xəzər Lənkəran”ın hücumunu pozub. Baş hakim Rauf Cabbarov da həmin an uzaqda yox, elə oralarda imiş, hətta əllə işarə verib ki, penalti boş şeydi, oyun davam etsə, evə bir az tez qayıdarıq. Yoxsa yağış bizİ birtəhər edəcək.
Referinin qərarında başqa bir şey axtarmağın yeri yoxdu. Hamı bilir ki, həmin gün Lənkəranda yağış yağıb, baş hakimin də başı möhkəm islanıb. Ona görə də Rauf bəy Əfranın indi dartışılan hərəkətini yaxşı görməyib.Rauf Cabbarov lazım olsa, Hakimlər Komitəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arayış da təqdim edə bilər. Komitənin sədri, dostumuz Xaqani bəy sənədlə-sübutla danışmağı xoşlayan mütəxəssis kimi yəqin ki, baş hakimdən arayış tələb edəcək.
Rauf Cabbarova bir xırda məsələni xatırlatmağa ehtiyac var, yağış yenə aranı qatmaq istəyir. Arayışı nazirlikdən alıb AFFA-ya tərəf gedəndə işini möhkəm tutsun, yağış arayışı islada bilər...

Etibar CƏBRAYILOĞLU,
“Het-trik news”  qəzeti

5839 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
15.11.2017  17:07 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!
 
 
  21.06.18
02:14
  C qrupunda ikinci tur, Argentina Xorvatiyaya qarşı - Yenilənir
01:59
  “Messini qaydalar çərçivəsində dayandırmalıyıq”
01:43
  “Nəticə məni təəccübləndirdi” - Suares
01:26
  1 dünya çempionatında 4 qol vuran ikinci portuqaliyalı
01:07
  İran - İspaniya - Şəkillər
00:58
  "Qəbələ" Sloveniya toplanışına start verdi
00:31
  Dieqo Kosta ən yaxşı seçildi
00:15
  İspaniyanın qalib gəldiyi oyun - Video
00:00
  Pike 13-cü oldu
  20.06.18
23:55
  İspaniya ilə Portuqaliyadan qələbə, Uruqvay və Rusiya 1/8 finalda
23:00
  "Özümüzü əsas favoritlər sırasında görməməliyik"- Oskar Tabares
22:13
  Uruqvay - Səudiyyə Ərəbistanı - Video
21:43
  Suares 100-cü oyununda rekord qırdı
21:18
  İran - İspaniya: heyətlər
20:59
  DÇ-2018-lə üç komanda vidalaşdı
20:00
  "Pley-off yolunda vacib addım atdıq" - Ronaldo
19:31
  Ronaldo Portuqaliyaya belə qələbə qazandırdı - Video
19:10
  "Qəbələ"nin 99 yaşlı rəqibi
18:46
  Ronaldo ən yaxşı oyunçu seçildi
18:30
  Avroliqada ikinci mərhələnin cütlükləri
18:18
  Uruqvay - Səudiyyə Ərəbistanı: start heyətlər
18:10
  Neymar Kosta-Rikaya qarşı oynayacaqmı?
17:59
  Ronaldo vahid lider oldu – bombardirlərin yarışı
17:37
  Salah Rusiyaya məğlubiyyətdən danışdı
17:31
  (R) "Bakcell" cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərdi
17:15
  Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi - "Sevilya" da var
17:00
  "Şanslar bərabərdir" - Sənan Qurbanov
16:37
  Tunis millisində ciddi itki - mundialla erkən vidalaşdı
15:44
  “Zirə”dən ayrıldı, “Voyvodina”ya keçir
15:28
  Avropa Liqasında bütün cütlüklər
15:15
  Portuqaliya – Mərakeş: start heyətlər
15:05
  "Uypeşt” güclü rəqibdir" - Roberto Bordin
14:38
  “Qəbələ”dən püşkə münasibət
14:15
  Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
13:51
  İslandiyalı azarkeşlər “Kalinka” oxudular - Video
13:25
  DÇ-2018-də azarkeşlər tribunada zibili təmizlədilər – Video
13:16
  "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar
13:05
  Mundialın gözqamaşdıran azarkeşləri - Şəkillər
12:51
  “Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?
12:31
  Levandovskiyə ilk təsəllini öpüşlə verdilər - Şəkillər
12:19
  DÇ-2018-in oyunları Etopaz-da
11:48
  Vernidub rəsmən Ukrayna klubunda
11:39
  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” – "Olimpiya”nın baş məşqçisi
11:24
  Ən çox qolu onlar vurub - DÇ-2018-in bombardirləri
10:59
  "Arsenal" qapıçı transfer etdi
10:15
  DÇ-2018-in oyunları hansı kanallarda? - siyahı
09:51
  Dele Allinin zədəsi ciddidir?
02:14
  “Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”
01:50
  Yerro İranla oyundan danışdı
01:30
  “Tapşırığın öhdəsindən gəldik” - Çerçesov
01:13
  “Qarabağ” Avstriyaya yollanır
00:58
  “Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli
00:39
  İkinci dəfə ən yaxşı seçildi
00:23
  Rusiya millisindən tarixə düşən uğurlu start
00:11
  Dünya çempionatında qol vuran üçüncü misirli - Salah
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore