Ramal Hüseynov “Bakı”yla oyunda meydana qayıdacaq

Ramal Hüseynov “Bakı”yla oyunda meydana qayıdacaq
PREMYER LİQA 3 Dekabr 2009 / 18:14 2964
-  A +

Bir müddətdir “Standard”ın heyətindən kənarda qalan Ramal Hüseynov bu həftə sabiq klubu “Bakı”yla oyunda meydana çıxacaq. Qol.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt klubunun baş məşqçisi Böyükağa Hacıyev özü futbolçuya bunu deyib. Şənbə günü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma həm Hacıyev, həm də Hüseynov üçün prinsipial xarakter daşıyır. Böyükağa Hacıyev əvvəllər “Bakı”nı çalışdırıb, Ramal isə müxtəlif vaxtlarda iki il bu klubun şərəfini qoruyub. Xatırladaq ki, Ramal Hüseynov “Olimpik-Şüvəlan”la qarşılaşmada qırmızı vərəqə aldığından baş məşqçi ilə münasibətləri korlanmışdı. Lakin sonradan futbolçunu əfv edən Böyükağa Hacıyev buna baxmayaraq, “Muğan”la sonuncu turun oyununda yenidən Ramalı heyətdən kənarda saxlamışdı.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi