Səbuhi Səfiyarlı: "Gedeni sonadək dəstəkləyəcəyik"

Səbuhi Səfiyarlı: "Gedeni sonadək dəstəkləyəcəyik"
ÖLKƏ FUTBOLU 18 Noyabr 2008 / 12:55 5872
-  A +

“Komandada Gedeyə etimad çoxdu. Biz onu sonadək dəstəkləyəcəyik. «Neftçi» axır sıralarda yer alsa da, çempionluq uğrunda mübarizə aparmaqda davam edəcək. Düzdü, bu, çox çətin olacaq, amma yenə də hər oyuna qələbə üçün çıxacağıq”. Bu sözləri Qol.Az saytına açıqlamasında «Neftçi»nin mətbuat katibi Səbuhi Səfiyarlı bildirib. Onun sözlərinə görə, komandanın bugünkü vəziyyəti hamını narahat edir: “Əsas səbəb isə komandadakı futboçuların əksəriyyətinin 17-18 yaşlılardan təşkil olunmasıdır. Onlar Premyer-liqada ilk dəfədir çıxış edirlər və güclü komandalarla mübarizə aparmaqda çətinlik çəkirlər. Azarkeşlər də bizi başa düşməlidirlər. Əsl azarkeş komandanın pis günündə yanında olmalıdır, yaxşı gündə onsuz da 30 min azarkeş gəlib beynəlxalq oyunlarda bizi dəstəkləyəcək”. S.Səfiyarlı bildirib ki, onlar azarkeşlərin həmişə “Neftçi”nin yanında olacaqlarına inanırlar.
Komandanın vəziyyətini düzəltmək üçün ciddi işlər görüldüyünü deyən S.Səfiyarlının sözlərinə görə, bu gün yeni çağırılan futbolçular baxışdan keçirilir: “Əvədedici heyətə göndərilən futbolçuların geri qaytarılmasına isə ancaq məşqçi qərar verə bilər. Qarşımıza qoyduğumuz əsas məqsəd yaxşı komanda yaratmaqdı”.
Ergün SEYİDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın