Ağasəlim Mircavadov xal itkisinə görə futbolçularını günahlandırdı

Ağasəlim Mircavadov xal itkisinə görə futbolçularını günahlandırdı
PREMYER LİQA 25 Noyabr 2009 / 19:19 3369
-  A +

“Futbolçularımın qələbə qazanmaq istəyi çox böyük idi. Bu da onların qələbə qazanmasına mane oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyunonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis futbolçularının adi səhvlərə yol verdiyini bildirib: “Bu gün oyunçular adi epizodlarda səhvlərə yol verirdilər. Qol buraxdığımız epizodda Ticani topa tullandı, lakin müdafiəçimiz Silva tullanmadı. Buna əsasən mən deyərdim ki, qolu “Bakı” vurmadı, biz özümüz buraxdıq”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"