Bülənt Qorxmaz: “Bugünkü oyunda qələbə qazanmalı idik”

Bülənt Qorxmaz: “Bugünkü oyunda qələbə qazanmalı idik”
PREMYER LİQA 25 Noyabr 2009 / 19:14 3145
-  A +

“Birinci hissədə müdafiəyə çəkilərək, rəqibi əks-hücumda yaxalamağa çalışırdıq. Bunun da öhdəsindən məharətlə gəldik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz deyib. Türkiyəli mütəxəssis narazı qaldığı məqamları da açıqlayıb: “Lakin ikinci hissədə 10-15 dəqiqə komanda bir qədər “boşaldı” və nəticədə rəqib hesabı bərabərləşdirdi. Fikrimcə, biz bugünkü oyunda qələbə qazanmalıydıq. Bəzi məqamlardan narazı qaldım. Nəyə görə bu oyunöncəsi biz 2, rəqibimiz isə 3 gün istirahət etdi. Digər tərəfdən də dünənəcən deyirdilər ki, Jabanın meydana çıxmasında heç bir problem yoxdur. Mən də bütün oyunu onun üzərində qurmuşdum. Lakin dünən məlum oldu ki, o, meydana çıxa bilməyəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı