"Bakı" Lənkərandan bir xalla dönür

"Bakı" Lənkərandan bir xalla dönür
PREMYER LİQA 25 Noyabr 2009 / 18:41 5427
-  A +

Bu gün Unibank Premyer Liqasının I turundan müxtəlif səbəblərdən iki dəfə təxirə salınan "Xəzər Lənkəran" - "Bakı" oyunu keçirildi. Qol.Az saat 17:00-dan etibarən "Xəzər Lənkəran" - "Bakı" oyunundan canlı-mətn reportaj yayımladı.

"Хəzər Lənkəran" - "Bakı" 1:1 
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Azər Məmmədov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Gülağa Cabbarov

“Xəzər-Lənkəran”: 25.Kamran Ağayev (k), 3.Denis Silva, 7.Ruslan Poladov, 8.Junior Osvaldo, 9.İvan Svetkov, 20.Denis Kalinkov, 21.Radomir Todorov, 27.Nizam Hacıyev, 30.Mario Souza, 72.Devran Ayhan, 77.İvan Pexa

“Bakı”: 1.Marko Şarliya, 4.Vadim Borets, 5.Stefan Bates, 6.Mihay Pank, 8.Ernad Skuliç, 19.Əhməd Ticani, 20.Fabio Luis Ramim (k), 27.Bəxtiyar Soltanov, 33.Aleksey Savinov, 55.Georgi Adamiya, 77.Aleksandar Soliç

Oyun başa çatdı.

88. Qarşılaşmanın sonu yaxınlaşır. Lakin komandaların səyləri bir nəticə vermir və bu gedişlə qarşılaşma elə deyəsən, heç-heçə tamamlanacaq.

84. "Bakı"da daha bir dəyişiklik. Bu dəfə də Elvin Əliyev meydana daxil olur.

79. "Bakı"dan Cəmşid Məhərrəmov və Vadim Borets sarı vərəqəylə cəzalandı.

73. İvan Svetkovun cərimə zərbəsi qapının üstündən keçdi.   

71. Nəticədən narazı qalan "Xəzər Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov meydana Rahid Əmirquliyev və Ceyhun Sultanovu buraxır.

68. Vadim Boretsin zərbəsi qapıdan aralı keçdi.

66. Bülənt Qorxmaz meydana Cəmşid Məhərrəmovu buraxdı.

63. "Bakı" daha bir qol şansını boşa verdi. Müdafiəçilərin səhvindən sonra topu ələ keçirən Fabio Luis Ramim topu Kamran Ağayevin başı üzərindən tora göndərmək istəsə də, qolkiper cəld tərpənərək topa sahib çıxdı. Halbuki Ramim topla bir qədər irəliləsəydi, daha yaxşı olardı.

58. "Bakı" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Kamran Ağayev Georgi Adamiyanın zərbəsinə möhtəşəm reaksiya göstərərək, komandasını real qoldan xilas etdi.

51. QOL. "Xəzər Lənkəran" hesabı bərabərləşdirdi. Mario Souza başla topu qapıdan keçirdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. QOLLLL. "Bakı" hesabı açdı. Əhməd Ticani fərqləndi. Nigeriyalı futbolçu cinahdan ötürülən topu başla qapıdan keçirdi.   

35. "Xəzər Lənkəran" əks hücumda yaxaladı rəqibini. Lakin cinahdan ötürülən topa heç kim toxuna bilmədi.

33. "Bakı"nın yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Lakin Kamran Ağayev Soliçin vurduğu zərbənin qarşısını ala bildi.

27. "Xəzər Lənkəran"ın hücumu təhlükəli alındı. Cərimə zərbəsindən ötürülən topu Nizami Hacıyev qapıya göndərsə də, istəyinə çata bilmədi.

18. "Bakı"dan Ramimin zərbəsini "Xəzər Lənkəran"ın qolkiperi Kamran Ağayev tutdu.

Bülənt Qorxmaz Jabanın yoxluğunda hücumda Əhməd Ticaniyə şans verib.

13. "Bakı"dan Əhməd Ticani qapıçıyla təkbətək çıxsa da, baş hakim Anar Salmanov nigeriyalı futbolçunun müdafiəçiyə qarşı kobud oynadığını bildirərək, oyunu saxladı.

Oyun 12-ci dəqiqədən başladı.

Dünən "Bakı"nın baş məşqçisi Bülənt Qorxmaz 41 yaşını qeyd edib. Maraqlıdır, görəsən futbolçuları Qorxmaza ən gözəl hədiyyə - qələbə sevinci bəxş edə biləcəklərmi?

 

TURNİR CƏDVƏLİ   

1

"İnter"

11

7

2

2

22-12

23

2

“Simurq”

11

7

2

2

15-9

23

3

"Qarabağ"

11

7

2

2

10-5

23

4

"Qəbələ”

11

6

2

3

15-13

20

5

"Neftçi”

11

6

1

4

10-7

19

6

"Xəzər Lənkəran”

11

5

4

2

13-6

19

7

"Bakı"

11

5

2

4

8-7

17

8

"Olimpik-Şüvəlan”

11

3

3

5

11-15

12

9

"Turan "

11

3

2

6

14-16

11

10

"Muğan”

11

3

2

6

7-16

11

11

"Karvan”

11

1

2

8

10-17

5

12

"Standard”

11

0

2

9

8-20

2

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki