Ağasəlim Mircavadov: “Artıq bütün diqqətimizi “Bakı” ilə oyuna yönəltməliyik”

Ağasəlim Mircavadov: “Artıq bütün diqqətimizi “Bakı” ilə oyuna yönəltməliyik”
PREMYER LİQA 21 Noyabr 2009 / 16:13 3541
-  A +

“Karvan”a qarşı oyunlarımız həmişə çətin keçir. Bugünkü oyunda istisna olmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis “Karvan”ın oyunuyla turnir cədvəlində tutduğu mövqeyə layiq olmadığını bildirib: “Karvan” turnir cədvəlində aşağı pillədə qərarlaşsa da, komanda normal oyun sərgiləyir. Bugünkü matç da hər iki tərəf üçün çox önəmli idi. Hazırda çempionatda hər bir komandanın xala ehtiyacı var. Qələbə qazandığımıza görə çox şadam. Amma artıq bu oyunu unutmalıyıq. Qarşıda bizi “Bakı”yla çox çətin oyun gözləyir. Bütün diqqətimizi artıq bu andan etibarən həmin oyuna yönəltməliyik”.

 
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı