Jidkov işsiz qaldı

XƏBƏR 18 Noyabr 2008 / 11:47 4721
-  A +

Milli komandamızın sabiq qolkiperi Aleksandr Jidkov öz ərizəsi ilə «Tom»un  qapıçılarla işləyən məşqçi vəzifəsindən istefa verib.  Qol.Az-ın məlumatına görə, SSRİ çempionatlarında «Neftçi»nin ən yaxşı qapıçılarından olmuş Jidkov futbolçu karyerasını başa vurduqdan sonra «Tom»da məşqçi kimi fəaliyyətə başlamışdı. Rusiya premyer-liqasında mövsümün başa çatmasına 1 tur qalmış 13-cü yeri tutan «Tom» güclülər dəstəsində yerini təmin edib. Qeyd edək ki, vaxtilə Aleksandr Jidkovun milli komandamızda qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərəcəyi də deyilirdi. 

 

 


Son xəbərlər