I dövrədən sonra zirvədə üçhakimiyyətlilikdir

I dövrədən sonra zirvədə üçhakimiyyətlilikdir
PREMYER LİQA 22 Noyabr 2009 / 16:09 6192
-  A +

Bu gün Unibank Premyer Liqada birinci dövrənin axırıncı - XI turunun son üç oyunu keçirilib. Qol.Az saat 14:00-dan etibarən XI turun son 3 oyunundan canlı-mətn reportaj yayımlayıb.

22 noyabr (bazar)

"Qarabağ" - "Olimpik-Şüvəlan" 1:0 
Quzanlı qəsəbə stadionu
Hakimlər: Məmmədov Elçin, Əliyev Habil, Nağıbəyov Eldar, Həsənov Fuad

Bu qələbə sayəsində xallarının sayını 23-ə çatdıran "Qarabağ" liderlərlə xallarını bərabərləşdirdi.

Oyun başa çatdı.

90+2. Əfran İsmayılov ikinci qolu vurmağa çox yaxın idi. Lakin müdafiəçilər son anda ona mane oldular.  

90. Hakim matçın sonuan 3 dəqiqə əlavə etdi.  

88. Vaqif Cavadovun zərbəsini Elşən Poladov dəf etdi.

87. Sergey Laşenkov Elvin Məmmədova qarşı kobud oynadı və nəticədə ikinci sarı və avtomotik qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldı. Hər iki komanda meydanda 10 nəfərlə mübarizə apacaq son dəqiqələrdə.

83. "Qarabağ"da Vüqar Nadirovu Afatndil Hacıyev əvəzlədi.  

79. Bu dəfə də Maksim Medvedev vaxtı uzatdığına görə sarı vərəqəylə cəzalandı.

77. Zaur Həşimovun zərbəsi qapının üstündən keçdi. 

75. "Qarabağ" meydanda azlıqda qaldı. Elnur Allahverdiyev ikinci sarı və avtomotik qırmızı vərəqə alaraq, komandasının çətin vəziyyətdə qoydu.

70. QOLLL. "Qarabağ" hesabı açdı. Əfran İsmayılov təxminən 20 metrdən möhtəşəm qola imza atdı.

67. "Olimpik-Şüvəlan" künc zərbəsi yerinə yetirsə də, Sahil Kərimov çıxışda inamlı oynadı.

62. "Qarabağ"ın heyətində dəyişiklik. Namiq Yusifovu Elvin Məmmədov əvəzlədi.

57. "Olimpik-Şüvəlan"ın heyətində ilk dəyişiklik. Tərlan Xəlilovu Viktor İbekpoyi əvəzlədi.

54. Oyunda qol olmasa da, sarı vərəqələrin sayı kifayət qədərdir. Bu dəfə də "Olimpik-Şüvəlan"dan Abdulkadir Kamara cəzalandı.

50. Vaqif Cavadovun növbəti cərimə zərbəsi qapının üstündən keçdi.

46. "Qarabağ" ikinci hissəyə fəal başladı. Lakin Elşən Poladov Vaqif Cavadovun fərqlənməsinə imkan vermədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

43. Rəşad Sadiqovun zərbəsi qapının üstündən keçdi.

40. Baş hakim Elçin Məmmədov eyni anda "Olimpik-Şüvəlan"ın ardıcıl iki futbolçusuna sarı vərəqə göstərdi. Dos Santos və Sergey Laşenkov hakimin qəzəbinə tuş gəldilər.

36. Əfran İsmayılovun fərqlənməsinə son anda "Olimpik-Şüvəlan"ın qapıçısı Elşən Məmmədov mane oldu.

31. Son dəqiqələrdə oyun əsasən meydanın mərkəzində keçir.

24. Bu dəfə də "Qarabağ"dan Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.

21. Vüqar Nadoriv topa başla istədiyi kimi zərbə vura bilmədi.

20. "Olimpik-Şüvəlan"dan Artyom Vaskov sarı vərəqəylə cəzalandı.

16. Admir Teli son anda Doroşun qarşısını kəsə bildi.

10. Ərazi üstünlüyü "Qarabağ"ın tərəfindədir. Lakin Ağdam klubu hələ ki, rəqibin müdafiəsini yara bilmir.

4. Vaqif Cavadovun yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı.

Oyun başladı.

 


"Muğan" - "Bakı" 0:1 
Salyan Olimpiya Kompleksinin stadionu
Hakimlər: Məmmədov Rasim, Əliyev İlham, Haşımov Mübariz, Feyzullayev Feyzulla

"Bakı" ardıcıl üçüncü qələbəsini qazandı. Jaba isə növbəti dəfə komandanın xilaskarı rolunda çıxış etdi.   

Oyun başa çatdı.

90. QOLLLL. "Bakı" son dəqiqələrdə hesabı açdı. Jaba fərqləndi.   

71. İndi də ərazi üstünlüyünü "Muğan" ələ keçirib.

64. Son beş dəqiqə ərzində "Bakı" üstünlüyü ələ keçirib. Lakin hələ ki, "Muğan"ın müdafiə xəttini yarmaq mümkün olmur.

56. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Komandalar elə də fəal deyillər.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

43. "Muğan"ın qapıçısı Kurtanoviç Adamiyanın fərqlənməsinə imkan vermədi.

31. Adis Çulovun zərbəsi təhlükəli alındı.

20. Komandalar əsasən mərkəz uğrunda mübarizə aparırlar. Hələ ki, qapılar qarşısında real qol epizodu yoxdur.  

14. Oyun qarşılıqlı hücumlar şəraitində keçir.

5. Matça "Bakı" fəal başlayıb. Soliçin təhlükəli zərbəsi az fərqlə qapının yanından keçdi.  

Oyun başladı.

 

"Neftçi" - "İnter" 2:1 
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Əliyev Vüsal, Məmmədov Orxan, Musayev Vaqif, Ağayev Hacıəli

"Neftçi" çox mühüm qələbə qazandı.

Oyun başa çatdı.  

90. "İnter" meydanda azlıqda qaldı. Mahir Şükürov kubod oyuna görə meydandan qovuldu.

88. "İnter"də də sonun əvəzetmə. Meydana uzun müddətdir zədədən əziyyət çəkən Quti daxil olur.

86. "İnter" hesabı bərabərləşdirməyə yaxın idi. Lakin Qribauskas son anda Roşanın yerinə yetirdiyi cərimə zərbəsini küncə çıxara bildi.

85. "Neftçi"də Valter Qulemonu Valentin Atem əvəzlədi.

83. Samir Əliyevin növbəti zərbəsi də təhlükəli alındı.

80. Rəşad Abdullayevin zərbəsi qapının yanından keçdi.

79. "İnter"dən Roşa sarı vərəqəylə cəzalandı.

78. Qoldan sonra da "Neftçi" hücumlarına ara vermir. 

Bir maraqlı məqamı da qeyd edək. "İnter"in qapısına yol tapan digər oyunçu - Valter Quqlemon kimi Samir Əliyev də "Neftçi"yə məhz "İnter"də transfer olunub.

76. QOLLL. Samir Əliyev "Neftçi"ni hesabda önə keçirdi - 2:1.

74. "Neftçi"dən Rəşad Abdullayev saı vərəqəylə cəzalandı.

73. Kruqlovun zərbəsi təhlükəli alındı.

71. "İnter"də dəyişiklik. Girts Karlsons Robertas Poşkusu əvəzlədi.

70. "İnter" ikinci qolu vurmağa yaxın idi. Lakin Qribauskas son anda Poşkusa sevinmək imkanı vermədi.

69. Roşanın zərbəsinin qarşısını müdafiəçilər aldılar, Poşkusun zərbəsi isə qeyri-dəqiq alındı.

65. QOL. Poşkus hesabı bərabərləşdirdi - 1:1.

64. Daha bir dəyişiklik. Marian Aliutanı Leonard Naydin əvəzləyir.

61. "İnter"in heyətində ilk dəyişiklik. Lyubomir Kubiçanı Branislav Çervenko əvəzlədi.

55. "İnter" daha bir qol şansını boşa verdi. Andrey Rubins əlverişli imkandan istifadə edə bilmədi.

48. Zlatinovun zərbəsi qapının yanından keçdi.

46. "Neftçi" ikinci hissəyə dəyişikliklə başladı. Samir Əliyev Nazar Bayramovu əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+1. Lomaya bu dəfə də Suat Ustanın uzaq məsafədən endirdiyi zərbəni qayta bildi.

42. Lomaya növbəti dəfə komandasının qoldan xilas etdi.

40. "İnter" oyunda ilk real qol epizodunu yaratdı. Lakin Poşkusun zərbəsi qapının yanından keçdi.

37. Rəşad Abdullayevin zərbəsi qapının üstündən keçdi.

33. "Neftçi" ikinci qolu vura bilərdi. Lakin Kruqlov topa istədiyi kimi zərbə endirə bilmədi.

31. Matçdakı yeganə qolun müəllifi Quqlemon yenə də fərqləndi. Lakin bu dəfə sarı vərəqəylə.

29. Zlatinov ardıcıl iki dəfə "Neftçi"nin cərimə meydançasına doğru asma etsə də, hər iki halda müdafiəçilər topu uzaqlaşdırmağa müvəffəq oldular.  

25. Qoldan sonra da üstünlük "Neftçi"nin tərəfindədir.

22. QOLLL. "Neftçi" hesabı açdı. Valter Quqlemon keçmiş komandasının cəzalandırdı.

21. Rəşad Abdullayevin zərbəsi istədiyi kimi alınmadı.

15. "Neftçi" hesabı aça bilərdi. Lakin Lomaya Ruslan Əmircanovun qüvvətli zərbəsini son anda çıxara bildi.

10. "İnter" hesabı aça bilərdi. Lakin Rail Məlikov son anda topu qapı xəttindən çıxardı.

6. Oyunda ilk sarı vərəqə "İnter"dən Mahir Şükürova göstərildi.

3. Rubinsin irəliləməsinə Rail Məlikov mane oldu.

1. "Neftçi" oyuna fəal başladı. Rəşad Abdullayevin cinah reydini "İnter"in müdafiəçiləri zərərsizlışdirdilər.

Oyun başladı.

  

21 noyabr (şənbə)

"Simurq" - "Turan" 2:1
Zaqatala şəhər stadionu
Hakimlər: Muradov Elnur, Abdullayev Munis, Durmuşov Elşən, Həşimov Zahid

Bu qələbə sayəsində xallarını 23-ə çatdıran "Simurq" "İnter"lə birgə zirvəyə şərik oldu.  

Oyun başa çatdı.

87. Pokora da üçüncü dəyişiklik hüququndan yararlanır. Sergey Artyuxu Teymuraz Qonqadze əvəzlədi.  

86. "Turan"da sonuncu dəyişiklik. Muammer Erdoğdunun əvəzinə oyuna Asəf Qədiri daxil olur.

85. Şeryakov oyuna daxil olan kimi sarı vərəqəylə cəzalandı.

84. "Simurq"da ikinci dəyişiklik. Nikolay Petrovu Andrey Şeryakov əvəzlədi.

83. Ruslan Abbasov yenə də fərqlənə bilərdi. Lakin bu dəfə "Simurq"un qapıçı qola imkan vermədi.

80. Petrov növbəti dəfə şansını boşa verdi.

77. "Turan"da ikinci oyunçu dəyişikliyi baş verir. Nadir Nəbiyevi Junivan Suares əvəzlədi.

74. Artyux üçüncü qolu vura bilərdi. Lakin "Turan"ın qapıçısı yıxılaraq, topu onun ayaqları altından çıxardı.

72. "Simurq"da əvəzetmə. Elşən Məmmədovu Aleksandr Malıgin əvəzlədi.

70. Boldvadzenin zərbəsini "Turan"ın qapıçısı Saidov dəf edir.

66. "Turan"ın heyətində ilk oyunçu dəyişikliyi baş verir. Bayram Kərimovu Valeri Onila əvəzləyir.

63. QOL. "Simurq" hesabda önə keçdi. Kaxaber Çxetiani cərimə zərbəsindən topu qapıya göndərdi.

60. Tural Cəlilovun asmasını Sergey Artyux başla zərbəylə tamamlasa da, top qapının yanından keçdi.

51. Petrovun başla zərbəsi qapının yanından keçir.

50. İkinci hissəyə "Simurq" fəal balayıb. Lakin rəqib qapısı qarşısında təhlükəli epizod yaratmaq hələ ki, mümkün olmayıb.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

41. "Simurq"un ardıcıl künc zərbələri yerin yetirsə də, Qunçakın hər iki zərbəsi yalnız təhlükəylə yadda qaldı.

39. QOL. "Simurq" hesabı bərabərləşdirdi. Solonitsin nəhayət ki, üçüncü cəhddə istəyinə çatdı. Yurı Bulıçevdən ötürməni qəbul edən latviyalı futbolçu bir rəqibindən sıyrılaraq, topu "doqquzluğ"a göndərdi.

36. Solonitsin əlverişli mövqedə olsa da, zərbə vurmağa gecikdi.

33. Solonitsin topu qəbul edərkən əllə oynadı.

30. Qoldan sonra "Simurq" özünə gələ bilmir.

27. QOL. "Turan" gözlənilmədən hesabı açdı. Ruslan Abbasov təxminən təxminən 25 metrdən qapının dəqiq nişan aldı.  

Bu dəqiqələrdə oyun tamamilə "Simurq"un üstünlüyü şəraitində keçir.

22. Meydan sahibləri daha bir şansı boşa verdi. Solonitsin topa toxuna bilmədi. Əks halda yəqin ki, hesab açılacaqdı.

17. "Simurq" oyunda ikinci rel qol şansını yaratdı. Petrovun başla zərbəsini "Turan"ın qolkiperi Saidov düz qapı tirinin altından çıxardı.

16. "Turan"dan Kovalevski qapıya zərbə vurdu. Top Postranskidə qaldı.

14. Çxetianinin yerinə yetirdiyi cərimə zərbəsini "Turan"ın qapıçısı tutdu.

11. "Simurq" oyunda ilk real qol epizodunu yaratdı. Sergey Sokolov künc zərbəsindən ötürülən topu 3 metrdən qapı dirəyinə vurdu.

10. Hər iki komanda hücumu hücumla cavab vermək istəyir.

5. "Turan"ın növbəti künc zərbəsi nəticəsiz qaldı.

3. Sergey Artyuxun 25 metrdən vurduğu təhlükəli zərbə qeyri-dəqiq alındı.

1. İlk künc zərbəsini "Turan" yerinə yetirsə də, "Simurq"un müdafiəçiləri təhlükəni sovuşdurdula.

Oyun başladı.


"Karvan" - "Xəzər Lənkəran" 0:2 
Yevlax şəhər stadionu
Hakimlər: Əhmədov Rövşən, Əsədov Ramiz, Məmmədov Azər, Fərhadov Teymur

Bu qələbə sayəsində "Xəzər Lənkəran" tunir cədvəlində "Neftçi"ni geridə qoyaraq, beşinci pilləyə yüksəldi.  

Oyun başa çatdı.

80. "Karvan"dan Markus Fereyranın zərbəsi təhlükəli alındı.

73. Son dəqiqələrdə "Karvan" oyunda üstünlüyü ələ alıb. "Xəzər Lənkəran" isə bir qədər arxaya çəkilərək, rəqibi əks hücumda yaxalamağa çalışır.

62. "Xəzər Lənkəran" üçüncü qolu vura bilərdi. Lakin Todorovun cinah ötürməsinə toxunan olmadı.

56. Kalinkovun zərbəsi təhlükəli alındı.

51. "Xəzər Lənkəran"dan Juninyonun cərimə zərbəsi qapının üstündən keçdi.

İkinci hissə başladı.  

Birinci hissə başa çatdı.

39. QOL. "Xəzər Lənkəran" ikinci qolu vurdu. Svetkovun ötürməsindən sonra Kalinkov qapını dəqiq nişan aldı.

36. "Karvan" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Yakuba Bamba Kamran Ağayevlə təkbətəkdən qalib ayrıla bilmədi.

32. "Xəzər Lənkəran" ikinci qolu vurmağa yaxın idi. Lakin "Karvan"ın qolkiperi bu dəfə də Nizami Hacıyevin sevinməsinə imkan vermədi.

19. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Mario Souza fərqləndi.

14. "Xəzər Lənkəran"dan Nizami Hacıyevin zərbəsi təhlükəli alındı. Lakin "Karvan"ın qapıçısı çətinliklə də olsa, topu qaytara bildi.

2. "Karvan" oyuna fəal başladı. İsmayıl Məmmədovun ötürməsindən sonra Yakuba Bambanın başla zərbəsi qapının yanından keçdi.

Oyun başladı.


 

20 noyabr (cümə)
"Standard" - "Qəbələ" 1:2 

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Salmanov Anar, Əsgərov Azər, Əliyev İsgəndər, Əsgərov Elvin

Bununla da "Standard" ilk dövrəni qələbəsiz başa vurdu. "Qəbələ" isə bu qələbə sayəsində turnir cədvəlində ikinci pilləyə yüksəldi.

Oyun başa çatdı.  

90. "Standard" hesabı bərabərləşdirmək şansını boşa verdi. Samir Zərgərovun baş zərbəsi təhlükəli alınsa da, top dirəyin yanından keçdi.

79. Ramiz Məmmədov sonuncu oyunçu dəyişikliyi hüququndan yararlanır. Vladimir Bondarçuku Namiq Əliyev əvəzləyir.

78. "Qəbələ" meydanda azlıqda qaldı. İkinci qolun müəllifi Melnik hakimi söydüyünə görə meydandan kənarlaşdırıldı.

74. QOL. "Standard" nəhayət ki, hesab arasındakı fərqi azalda bildi. Zeynel Zeynalov uzaq küncü dəqiq nişan aldı - 1:2.

71. "Standard"da dəyişiklik. Georgi Seturidzeni Vasif Əliyev əvəzləyir.

69. "Standard" hesab arasındakı azaltmağa çox yaxın idi. Lakin qapıçıyla üzbəüz qalan Murad Ağakişiyevin zərbəsində dəqiqlik çatışmadı.

68. QOL. "Qəbələ" ikinci qolu vurur. İqor Melnik fərqləndi.

59. "Qəbələ" hesab arasındakı fərqi artıra bilərdi. Lakin Lyubo Baraninin zərbəsi qapının üstündən keçdi.

57. "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov orta sahıəni gücləndirmək qərarına gəlir. Gənc məşqçi hücumçu Kənan Kərimovu orta sahə oyunçusu Yaşar Abuzərovla əvəzləyir.

49. "Qəbələ"nin heyətində ilk əvəzetmə baş verir. Tomaş Stolpanın əvəzinə meydana Anatoli Ostap daxil olur.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

37. "Standard"ın baş məşqçisi Böyükağa Hacıyev artıq ilk oyunçu dəyişikliyini edir. Aqil Məmmədovun əvəzinə meydana Samir Zərgərov daxil oldu.

26. "Standard"dan Maçadonun zərbəsi təhlükəli alındı.

21. QOL. "Qəbələ"nin futbolçusu Tomaş Stolpa hesabı açır.

15. "Qəbələ" ilk rel qol epizodunu yaratdı. Lakin "Standard"ın qolkiperi Anar Nəzirov Razvan Tarleanın fərqlənməsinə imkan vermədi.

10. Uqo Sançesin zərbəsinin qarşısını yenə də "Qəbələ"nin qolkiperi aldı.

2. Matça meydan sahibləri fəal başlayıb. Aqil Məmmədovun zərbəsini "Qəbələ"nin qapıçısı Pavel Dorosev tutdu.  

Oyun başladı.

 

TURNİR CƏDVƏLİ

 

1

"İnter"

11

7

2

2

22-12

23

2

“Simurq”

11

7

2

2

15-9

23

3

"Qarabağ"

11

7

2

2

10-5

23

4

"Qəbələ”

11

6

2

3

15-13

20

5

"Neftçi”

11

6

1

4

10-7

19

6

"Xəzər Lənkəran”

10

5

3

2

12-5

18

7

"Bakı"

10

5

1

4

7-6

16

8

"Olimpik-Şüvəlan”

11

3

3

5

11-15

12

9

"Turan "

11

3

2

6

14-16

11

10

"Muğan”

11

3

2

6

7-16

11

11

"Karvan”

11

1

2

8

10-17

5

12

"Standard”

11

0

2

9

8-20

2


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi