«Neftçi»də beş yeni legioner (YENİLƏNİB)

«Neftçi»də beş yeni legioner (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 18 Noyabr 2008 / 11:13 5261
-  A +

Bakının «Neftçi» klubu İrlandiyanın «Drok heda» klubunda çıxış edən Con Tamburas, Adam Hyus, Co Kendrik, Fahudin Kutuzoviç və Hollandiyanın «Vites» komandasından Yaşar Takakı baxışa dəvət edib. Bu barədə «Neftçi»nin mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı Qol.Az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, adları çəkilən futbolçular artıq bu gündən məşqlərə başlayıblar.
***

«Neftçi» klubuna baxışa gələn 5 yeni futbolçuyla bağlı yeni məlumat yayılıb. Bildirilir ki, dördqat Azərbaycan çempionu sınaqdan keçirəcəyi futbolçular 29 yaşlı müdafiəçi Con Tamburas, 26 yaşlı yarımmüdafiəçi Adam Xyuz, 25 yaşlı müdafiəçi Co Kendrik, 24 yaşlı hücumçu Faxruddin Kudozoviç və 26 yaşlı yarımmüdafiəçi Yaşar Takakıdır («APA-Sport»).
Tamburasla Xyuz avstraliyalı, Kendrik irlandiyalı, Kudozoviç bosniyalı, Takak isə türk əslili Hollandiya vətəndaşıdır. Kendriklə Hyuz vaxtilə İngiltərə Premyer Liqasında “Nyukasl”ın şərəfini qoruyub. İlk dörd futbolçu İrlandiya çempionu “Droqheda”da oynayıb. Bu komandanı yayda Çempionlar Liqasında mübarizədən Kiyev “Dinamo”su kənarlaşdırıb. Takaka gəlincə, onun son klubu Hollandiyanın yüksək liqasında çıxış edən “Vitess” olub. O, vaxtilə Hollandiyanın PSV klubunda da çıxış edib.
“Neftçi” menecerlərin təklif etdiyi “Droqheda”nın futbolçularının oyununu izləmək üçün İrlandiyaya səfər etməyi planlaşdırırmış. Ancaq bu ölkədə mövsüm artıq başa çatdığından, komandamız onları Bakıya dəvət etməli olub.
Qeyd edək ki, “Neftçi” hazırda braziliyalı müdafiəçini də sınaqdan keçirir. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı