U-19-un rəqibləri sabah bəlli olacaq

XƏBƏR 18 Noyabr 2008 / 11:00 4491
-  A +

Avropa çempionatının II seçmə mərhələsinə vəsiqə qazanan 19 yaşlı qızlardan ibarət Azərbaycan yığmasının rəqibləri noyabrın 19-da UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində məlum olacaq.
Artıq  komandalar səbətlərə bölünüblər:
A: Almaniya, Fransa, İtaliya (son çempion), Macarıstan, Avstriya, İsveç
B: İrlandiya, Azərbaycan, İspaniya, Hollandiya, Norveç, Danimarka
C: İsveçrə, İngiltərə, Belçika, Rusiya, Polşa, Uels
D: Ukrayna, Finlandiya, Rumıniya, İslandiya, Slovakiya, Portuqaliya
Bu mərhələnin oyunları 2009-cu il aprelin 23-dən 28-dək keçiriləcək. Final mərhələsinin matçları isə iyulun 13-dən 25-dək Belarusda təşkil olunacaq.

Mənbə: affa.az


Son xəbərlər