“Neftçi” komandasının transferə çıxardığı Rəşad Sadiqov problemlə üzləşib. Bunu Qol.Az saytına R.Sadiqov özü deyib: “Məni “Qarabağ” klubu transfer etmək istəyir. Amma “Neftçi” rəhbərliyi məni buraxmır. Daha doğrusu, transfer vərəqini vermirlər. Onlar mənə verdikləri məbləğin hamısını geri qaytamağı tələb edirlər”.
“Neftçi”nin vitse-prezidenti İlqar Quluzadə isə Qol.Az-ın əməkdaşı ilə söhbətində deyilənləri təkzib edib: “Bizim transferə çıxardığımız futbolçularla bağlı heç bir komanda “Neftçi” rəhbərliyinə müraciət etməyib. Rəşad Sadiqova gəldikdə, əgər “Qarabağ” onu almaq arzusundadırsa, bizi müraciət etsin”.
İ.Quluzadə bildirib ki, hər bir oyunçunu transferə çıxaranda onun yeni komandası pul ödəməlidir: “Biz də pul istəyirik. Amma Rəşad yalan danışır”. İ.Quluzadənin sözlərinə görə, “Neftçi” rəhbərliyi R.Sadiqova verdiyi məbləğin hamısını istəmir: “Sadəcə, müyyən məbləği tələb edirik”.
Qeyd edək ki, “Neftçi”nin Rəşad Sadiqovla müqaviləsinin dəyərinin 200 min dollar olması barədə məlumat yayılıb. İlqar Quluzadə isə pulun 200 mindən az olduğunu deyib.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"