“İlk dövrəni lider kimi tamamlamaq şansımızı 50-50-yə dəyərləndirərdim”

“İlk dövrəni lider kimi tamamlamaq şansımızı 50-50-yə dəyərləndirərdim”
ÖLKƏ FUTBOLU 9 Noyabr 2009 / 13:36 2308
-  A +

“Olimpik-Şüvəlan”la oyunda qələbə bizim üçün çox önəmli idi. Bu qələbə göstərdi ki, komandamız “Xəzər Lənkəran”la oyundakı böyükhesablı yenilginin psixoloji təsirindən qurtula bilib”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Klub başçısı son turda qol hesabını açan komandasının bolqarıstanlı hücumçusu Nikolay Petrovun bundan sonra qolları sıralayacağına inandığını bildirib: “Bu qələbədən sonra komandada əhval-ruhiyyə çox yaxşıdır. Son turda nəhayət ki, Petrov da qol hesabını açdı. Mən ona güvənirəm. Əvvəllər də demişdim ki, Petrov bir qol vurandan sonra “ayağı açılacaq”. İnanıram ki, bolqar hücumçu növbəti turlarda da qolçuluq bacarığını nümayiş etdirəcək”.
“Hazırda ikinci pillədə qərarlaşan “Simurq”un birinci dövrəni lider kimi başa vurmaq şansını necə dəyərləndirirsiniz?” sualını isə Zaur Məmmədov belə cavablandırıb: “Həqiqətən də hazırda birinci pillədə qərarlaşan “İnter”i son turda səfərdə “Neftçi”ylə çətin oyun gözləyir. Bununla belə, futbolda kimin əvvəldən qələbə qazanacağını demək qeyri-mümkündür. Bu səbəbdən də mən birinci dövrəni lider kimi tamamlamaq şansımızı 50-50-yə dəyərləndirərdim”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi