Tunc Afşar Berti Foqtsun fikirləriylə razılaşmadı

Tunc Afşar Berti Foqtsun fikirləriylə razılaşmadı
XƏBƏR 9 Noyabr 2009 / 12:28 1876
-  A +

“Bakı” klubunda 27 futbolçu var. Bülənt Qorxmaz  onların hamısına oynamaq imkanı verir. Burada yerli və ya legioner seçimi yoxdur. Kim oyuna daha hazırdırsa, o da forma geyir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın vitse-prezidenti Tunc Afşar milli komandamızın baş məşqçisi Berti Foqtsun “Bülənt Qorxmaz yerli oyunçulara daha çox şans versə, yaxşı olar” açıqlamasına münasibət bildirərkən klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.
Türkiyəli klub rəsmisi bildirib ki, “Bakı”nın hədəfi yerli gənclərdən ibarət rəqabətədavamlı komanda yaratmaqdır: “Əgər cənab Foqts "Bakı"nın Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Bakılı"ya qarşı ilk oyununu izləsəydi, görərdi ki, heyətin böyük əksəriyyəti yerli futbolçulardan təşkil olunub. Biz gənc futbolçularımıza güvənirik və onların səviyyəsinin atrması naminə hərətərəfli çalışmalar aparırırq. "Bakılı" ilə oyunda Bülənt Qorxmaz komandamızın əvəzedici heyətindən cəlb olunan iki oyunçuya şans verdi və onlar etimadı doğrultdular. Həm Nicat Abdullayev, həm də Orxan Bəşirli xoş təsir bağışladılar. Təəssüf ki, hazırda milli komandanın düşərgəsində olan Hacı Əhmədov və Rəhman Hacıyev bu oyunlarda iştirak edə bilmirlər. İnanıram ki, onlar da yaxın zamanlarda heyətdə daha tez-tez görünəcəklər.
Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyətini diqqətlə izləyir və bu sahədə ona hərtərəfli dəstək verməkdəyik. "Bakı"nın strateji hədəfləri yerli gənclərdən ibarət rəqabətədavamlı komanda yaratmaqdır. Bu sahədə planlarımız AFFA və milli komanda rəhbərliyi ilə üst-üstə düşür”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın