“Bakı” qərarını verdi

ÖLKƏ FUTBOLU 9 Noyabr 2009 / 11:35 2240
-  A +

Son mövsümdə ölkə çempionu adının qazanan və bu səbəbdən də gələn ilin yanvarında Moskvada təşkil olunacaq ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionları turniri” - “Birlik Kuboku”nda iştirak edəcək “Bakı”nın qarşıdakı turnirlə bağlı planları məlum olub. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “Bakı”nın vitse-prezidenti Tunc Afşar məlumat verib: “Artıq bu məsələni müzakirə edib, yekun qərara gəlmişik. Komandamız Moskvaya iddialı yollanacaq. Baş məşqçi Bülənt Qorxmazın istəyinə əsasən komandamız turnirə 30 futbolçuyla gedəcək. Bu oyunçular arasında həm komandanın aparıcı üzvləri, həm də gənclər yer alacaq. Qorxmazın artıq turnir barədə kifayət qədər məlumatı var. Bilir ki, bu vaxta qədər “Neftçi” və “Xəzər Lənkəran” tunirin qalibi adının qazanıblar. Bizim də məqsədimiz Moskvadan məhz kubokla qayıtmaqdır”.
Klub rəsmisinin sözlərinə görə, artıq turnirə hazırlıq planı da bəllidir: “Komandamız yanvarın 6-da Antalyaya yollanacaq. Oradan isə birbaşa Moskvaya gedəcəyik. Turnir öncəsi heyətə futbolçu qatmağı düşünmürük. Komandada olan oyunçular haqda isə baş məşqçimiz məhz Moskva turnirindən sonra qərar qəbul edəcək. Rusiya paytaxtında harada məskunlaşacağımız hələlik dəqiq deyil. Çünki bu haqda biz deyil, yarışın təşkilatçısı - Rusiya Futbol İttifaqı qərar qəbul edəcək. Amma çox güman ki, seçim “Kosmos” oteli olacaq”.   

Daha çox


Son xəbərlər