Samir Abbasov: “Fərhad Vəliyevlə aramızda olan söz-söhbəti bu qədər şişirtməyə dəyməz”

Samir Abbasov: “Fərhad Vəliyevlə aramızda olan söz-söhbəti bu qədər şişirtməyə dəyməz”
ÖLKƏ FUTBOLU 9 Noyabr 2009 / 11:23 2147
-  A +

“Həmin an Fərhadla aramızda həqiqətən də xoşagəlməz olay yaşandı. Lakin bu məsələni bu qədər şişirtməyə dəyməz”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter”in və milli komandamızın üzvü Samir Abbasov deyib. Təcrübəli futbolçu Unibank Premyer Liqanın X turu çərçivəsində keçirilən “İnter” - “Qarabağ” oyunundan sonra Ağdam klubunun qapıçısı Fərhad Vəliyevlə mübahisə etmələrini gərginliklə əlaqələndirib: “Futbolda belə şeylər olur. Buna səbəb oyundakı gərginlik idi. Fərhad komandasının məğlub olmasına görə çox əsəbi idi və bu səbəbdən də özünü saxlaya bilmədi. Amma artıq hər şer keçmişdə qalıb. Biz onunla birgə millidə də çıxış edirik. Bir neçə gündən sonra yenidən bir düşərgədə olacağıq. Ona görə də bu məsələni şişirtməyə dəyməz”.  

Daha çox


Son xəbərlər