Millimizin baş məşqçisi Bülənt Qorxmaza məsləhət verdi

Millimizin baş məşqçisi Bülənt Qorxmaza məsləhət verdi
XƏBƏR 7 Noyabr 2009 / 18:49 2072
-  A +

“Bu gün izlədiyim “Bakı” - “Karvan” oyununu bir o qədər də çox bəyənmədim. Çünki əvvəllər bu komandaların ifasında daha maraqlı oyunlara şahid olmuşam”. Qol.Az-ın məlumatına bu sözləri “Bakı” - “Karvan” oyunundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmazın zamana ehtiyacı olduğunu bildirib: “Qorxmaz kifayət qədər tanınmış insandır. Düşünürəm ki, onun “Bakı”da zamana ehtiyacı var. Amma təəssüf ki, o yalnız iki yerli oyunçuya şans verir. Çox istərdim ki, o Azərbaycanda yaxşı futbolçuların olmasını yada salsın”.   
Almaniyalı mütəxəssis eyni zamanda sabah keçiriləcək “Xəzər Lənkəran” - “Neftçi” matçını izləmək üçün Lənkərana yollanmayacağını da bildirib: “Xeyr, sabah “Xəzər Lənkəran” - “Neftçi” deyil, “Olimpik-Şüvəlan” - “Simurq” oyununa baxacağam. Bu komandaların heyətlərində bir neçə milli üzvü çıxış edir”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi