Berti Foqts: “Məqsədimiz İraqı məğlub edib, finala yüksəlməkdir”

Berti Foqts: “Məqsədimiz İraqı məğlub edib, finala yüksəlməkdir”
ÖLKƏ FUTBOLU 7 Noyabr 2009 / 17:00 2303
-  A +

“Kubok oyunlarından sonra komanda bir yerə toplaşacaq və hazırlığa başlayacağıq. Lakin Dubay turnirində iştirak edəcək digər komandalardan fərqli olaraq, biz hazırlığa bir qədər gec başlayacağıq. Halbuki Çexiya millisinin bəzi üzvləri bundesliqada çıxış edir və onlar artıq gələn həftənin birinci günü millinin düşərgəsində olacaqlar”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” - “Karvan” oyunundan sonra jurnalistlərlə söhbətində milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis millimizin beynəlxalq turnirdə məqsədinin finala yüksəlmək olduğunu bildirib: “Bilirəm ki, Çexiya millisi turnirə iddialı qatılacaq. Amma biz də boş oturmaq fikrində deyilik. Azərbaycan millisinin məqsədi İraqı məğlub edib, finala yüksəlməkdir”.
Almaniyalı mütəxəssis milliyə yeni oyunçuların cəlb olunmasını da istisna etməyib: “Bəzi oyunçular var ki, onlara dəvət göndərməyim mümkündür. Təbii ki, gəncləri nəzərdə tuturam. Həmin futbolçular gələcək seçmə mərhələdə millinin əsas heyət üzvlərinə çevrilə bilərlər”. 


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord