«Qarabağ»ın baş məşqçisi «İnter»lə oyunda qələbə vəd etdi

XƏBƏR 7 Noyabr 2009 / 15:56 1798
-  A +

«Qarabağ» komandasıyla müqaviləni daha iki il müddətinə uzadan baş məşqçi Qurban Qurbanov klubun rəsmi saytına açıqlama verib. Qol.Az-ın məlumatına görə, Q.Qurbanov bu gün «İnter»ə qarşı keçiriləcək oyun öncəsi belə bir jestin cavabını qazanacağı uğurla verəcəyini bildirib: «Əlbəttə, çempionatın hələ yarısı bitməmiş klub rəhbərliyinin belə addım atması mənə göstərilən inamdan irəli gəlir ki, buna görə də bütün komanda rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Mən öz işimlə, komandaya qazandıracağım uğurlarla bu etimadı doğrultmağa çalışacağam. İmkanlarımız, yaradılmış şərait, futbolçularımızın keyfiyyətinə baxıb əminliklə deyə bilərəm ki, «Qarabağ» əldə etdiyi uğurlardan daha böyük tarix yazacaq və bu tarix çox yaxındadır».
Qurban Qurbanov «Qarabağ»ın azarkeşlərinə müraciət edərək onları daha fəal olmağa çağırıb: «Qarşıda bizi çox çətin, amma şərəfli yol gözləyir. Bu yolu birgə addımlayaraq, uğuru birlikdə qazanacağıq».


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki