FİFA Azərbaycan - Rusiya oyunundakı qalmaqalla bağlı qərarını noyabrın sonunda açıqlayacaq

FİFA Azərbaycan - Rusiya oyunundakı qalmaqalla bağlı qərarını noyabrın sonunda açıqlayacaq
ÖLKƏ FUTBOLU 6 Noyabr 2009 / 19:00 2088
-  A +

Oktyabrın 14-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan - Rusiya oyununda baş verən insident haqda FİFA qərarını ayın sonunda açıqlayacaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda bu gün səhər saatlarında AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Orxan Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, AFFA sözügedən hadisəylə bağlı video və foto görüntüləri artıq FİFA-ya göndərib: “FİFA qərarını noyabrın sonundan tez açıqlamayacaq. Bu haqda Rusiya Futbol İttifaqı da məlumatlandırılacaq. FİFA bu məsələyə ayrılıqda baxacaq. Yəqin ki, qərarın gecikməsi də məhz bununla bağlıdır. Bu hadisədə birbaşa kimin günahkar olduğunu deyə bilmərəm. Təxribat hər iki tərəfdən olub. FİFA-nın komissarı da bütün bunları qeyd edib”.
Xatırladaq ki, Azəbaycan - Rusiya oyunun birinci hissəsinin sonuna yaxın əvvəlcə qonaq komandanın azarkeşləri qaçış zolağına partlayıcı maddələr atıblar. Daha sonra isə hər iki komanda azarkeşləri arasında kütləvi şəkildə dava-dalaş olub. Polis və daxili qoşunların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olmuşdu.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord