Mübariz Mənsimov “Beşiktaş”ın qəzəbli prezidentini belə sakitləşdirdi (FOTOSESSİYA)

Mübariz Mənsimov “Beşiktaş”ın qəzəbli prezidentini belə sakitləşdirdi (FOTOSESSİYA)
ÖLKƏ FUTBOLU 6 Noyabr 2009 / 18:15 2715
-  A +

Noyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Beşiktaş” - “Volfsburq” oyunu zamanı məğlubiyyəti həzm edə bilməyən yerli azarkeşlər acıqlarını klubun prezidenti Yıldırım Dəmirörəni söyməklə çıxıblar. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərini təhqir edən fanatlardan 14-ü artıq polis tərəfindən saxlanılıb.
Azarkeşlərin nalayiq hərəkətiylə qarşılaşan Dəmirörən isə bundan bərk qəzəblənib. Nəticədə Dəmirörənlə birgə oyunu izləyənlər onu sakitləşdirməyə çalışıblar. “Beşiktaş”ın prezidentini sakitləşdirənlərdən biri də “Qara qartal”ın sadiq azarkeşi, “Xəzər Lənkəran”ın fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov olub. 














Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı