Axalkatsi və Sokolenko "Olimpik-Şüvəlan"la matçı buraxa bilər

XƏBƏR 6 Noyabr 2009 / 15:46 1681
-  A +

Unibank Premyer Liqanın X turunda "Olimpik-Şüvəlan"la keçiriləcək matçın hazırlıqlarını davam etdirən "Simurq" bugündən etibarən məşqlərini əvvəlki qaydada davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komanda sabah paytaxta gələcək. Zədəsi davam edən yarımmüdafiəçi Roman Axalkatsi sabiq komandasına qarşı bazar günü keçiriləcək görüşü buraxacaq.  Bundan əlavə, səhhətilə əlaqədar  "İnter" və "Gəncə" ilə qarşılaşmaları buraxan Andrey Sokolenkonun da meydançaya çıxmayacağı dəqiqləşib. Klubun ən böyük itkisi isə qapı xətti ilə bağlıdır. “İnter"lə görüşdən sonra meydançanı axsaya-axsaya tərk edən qapıçı  Vitali Postranskinin "Olimpik-Şüvəlan"la qarşılaşmanı buraxmaq ehtimalı yüksəkdir. Qeyd edək ki, Postranskidən əlavə baş məşqçi Roman Pokoranın ixtiyarında gənc qapıçı Fuad Əhmədov var.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı