“Terek”in prezidenti komandasının gələcəyinə inanır

“Terek”in prezidenti komandasının gələcəyinə inanır
XƏBƏR 6 Noyabr 2009 / 14:01 1621
-  A +

Çeçenistan Respublikasının və Qroznının “Terek” klubunun prezidenti Ramzan Kadırov komandasının bu mövsüm qarşısına qoyduğu məqsədə nail olduğunu bildirib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, turnir cədvəlinin onuncu pilləsində yer alan “Terek” artıq birinci diviziona düşmək təhlükəsindən qurtulub. “Mövsümün əvvəlində komandamızın 2010-cu ildə də yüksək liqada mübarizə aparacağını bildirmişdik. Deməli, bu tapşırığın öhdəsindən gəlmişik. Növbəti mövsümdən komandamız yüksək liqada mübarizəsini davam etdirəcək. İlin sonunda əvəzedici heyətimiz üçün ölkə ərazisində analoqu olmayan internat məktəbin tikilişini başa çatdıracağıq. Hazırda komandamızda üç yerli futbolçu çıxış edir. Bu futbolçular son matçların hamısında meydana əsas heyətdə çıxıblar. Əvəzedici heyətimizdə istedadlı gənc oyunçularımız var. Bir sözlə, komandamızın gələcəyinə inanıram”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki