Ramin Musayev “donuz qripi”ndən qorxmur

Ramin Musayev “donuz qripi”ndən qorxmur
ÖLKƏ FUTBOLU 6 Noyabr 2009 / 12:42 1929
-  A +

“Unibank Premyer Liqasının oyunları dayandırılacaq. Amma dekabrın 27-də”. Bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, Unibank Premyer Liqasında “donuz qripi” təhlükəsi yoxdur.
Xatırladaq ki, Ukrayna, Fransa və İspaniya çempionatlarında ayrı-ayrı oyunlar məhz A/H1N1 virusu ilə əlaqədar təxirə salınıb. Hətta Çempionlar Liqasında Kiyev “Dinamo”su ilə İtaliya “İnter”i arasındakı qarşılaşmanın keçirilməsi sual altına düşmüşdü.
Lakin Musayev bildirib ki, Azərbaycan çempionatında belə bir təhlükə yoxdur. PFL rəhbəri “Unibank Premyer Liqası matçlarının “donuz qripi” ilə əlaqədar təxirə salınmasının nə dərəcədə mümkünlüyü ilə bağlı sualı “qəribə” adlandırıb. O, bildirib ki, dekabrın 27-dək çempionatımızda heç bir tur və ya oyun təxirə salınmayacaq. Yalnız bundan sonra qış fasiləsi ilə əlaqədar fevralın 5-dək fasilə yaranacaq. Qeyd edək ki, noyabrın 5-də Səhiyyə Nazirliyi son 2 gündə 3 nəfərin A/H1N1 virusuna yoluxması barədə rəsmi məlumat yayıb.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki