Tahir Gözəl: "Məqsədimiz çempionluqdur" (FOTO)

XƏBƏR 5 Noyabr 2009 / 17:18 2096
-  A +

Bu gün “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl komandasının futbolçularını ziyarət edib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, oyunçularla  tək-tək görüşən Tahir Gözəl “Qarabağ”ın uğurlu gedişinə toxunub. “Son zamanlar komandamız möhtəşəm təsir bağışlayır. İnanıram ki, bundan da böyük işlər görə biləcəyik. Hər bir zirvəyə pillə-pillə yüksəlmək  daha faydalıdır. Ötən mövsüm  kuboku qazandıq. İndi daha böyük uğurlara motivasiya olmanın zamanı çatıb.” Gözəl qarşılarındakı növbəti məqsəd haqqında da fikirlərini bildirib. “Növbəti məqsədimiz çempionluqdur. Uzun müddətdir ki, bu titula həsrət qalmışıq. Sizlərdən məhz bu zəfəri gözləyirəm.” Klubun vitse-prezidenti daha sonra son oyunlarda vurduğu qollarla hər kəsin rəğbətini qazanan Rauf Əliyevi yanına çağıraraq, onu son matçlardakı başarılarına görə təbrik edib və daha böyük uğurlar gözlədiyini bildirib.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord