Azərbaycan - İraq oyununun başlama vaxtı məlum oldu

XƏBƏR 5 Noyabr 2009 / 12:18 1740
-  A +

Azərbaycan milli komandası noyabrın 12-də Dubay şəhərinə yola düşəcək və burada təşkil olunan turnirdə iştirak edəcək. Turnirdə millimizlə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Çexiya milliləri mübarizə aparacaq. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, artıq komandamızın məşq edəcəyi və oyunlarının keçiriləcəyi stadionlar, eləcə də qarşılaşmaların başlanma vaxtı dəqiqləşib. Millimiz «Əl-Ayn Sports & Cultural Club» stadionunda məşq edəcək, oyunlarını isə «Tahnoun Bin Mohammed» stadionunda keçirəcək. Noyabrın 15-də ilk matçında millimiz İraqla qarşılaşacaq ki, həmin oyun saat 16:45-də start götürəcək. Günün digər oyununda meydan sahibləri saat 19:30-da Çexiya millisini sınağa çəkəcək.
Noyabrın 18-də, saat 16:45-də cütlüklərin məğlubları, saat 19:30-da isə qalibləri qarşılaşacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı