«ABN Bərdə»də maliyyə çətinliyi

XƏBƏR 4 Noyabr 2009 / 18:58 2062
-  A +

“Anşad-Petrol” klubundan sonra futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda daha bir klub dağıla bilər. Qol.Az-ın kluba yaxın mənbəyə istinadən verdiyi məlumata görə, «ABN Bərdə» komandası maliyyə çətinliyi ilə üzləşib. Komanda rəhbərliyi futbolçuların maaşlarını verə bilmir. Bu səbəbdən aşağı liqanın 8-ci tur çərçivəsində bərdəlilərin öz meydanında “Bakılı” ilə ev matçının baş tutmamaq ehtimalı da olub. Oyundan iki gün öncə futbolçular maaşlarını almayacaqları təqdirdə oyuna çıxmayacaqlarını bildiriblər. Gəlmə oyunçular isə Bərdəni tərk edərək evlərinə dönüblər. Klub rəhbərliyi yalnız matça bir gün qalmış problemi yoluna qoyaraq heyət üzvləri ilə dil tapıb. Beləliklə, futbolçular görüşdən öncəki gecə klubun düşərgəsinə qayıdıblar.


Son xəbərlər