“Qusar “Qarabağ”ı səbirsizliklə gözləyir”

XƏBƏR 4 Noyabr 2009 / 18:44 1570
-  A +

“Birinci hissədə rəqibə müqavimət göstərdik. Amma ikinci hissədə komandalar arasındakı səviyyə fərqi özünü göstərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev deyib. “Şahdağ”ın çalışdırıcısı bildirib ki, Qusar camaatı “Qarabağ”ın oyununu canlı ozləmək üçün səbirsizlənir: “Bizim heyətimiz əsasən gənclərdən qurulub. Gənc futbolçuların təcrübəsizliyi güclü rəqiblə mübarizə aparmağa imkan vermədi. Qusar camaatı “Qarabağ”ı səbirsizliklə gözləyir. Rəqibimiz bu gün ölkənin ən güclülərindən biri idi. İnanıram ki, “Qarabağ” gələn il Avroliqanın qrup mərhələsində oynayacaq”.

 


Son xəbərlər