“Bakı”nın Moskvaya yollanacağı tarix bəlli oldu

XƏBƏR 4 Noyabr 2009 / 13:30 1773
-  A +

Növbəti ilin yanvarında Moskvada keçiriləcək ənənəvi “Birlik Kuboku”nda ölkəmizi təmsil edəcək “Bakı”nın Rusiya paytaxtına yollanacağı tarix bəlli olub. Qol.Az-ın əldə etdiyi məlumata görə, çempionumuz səfərə ya yanvarın 15-də, ya da 16-da yollanacaq. Artıq bu barədə klubun ofisinə Rusiya Futbol İttifaqından məktub da daxil olub. Hazırda komandanın ilk oyunun tarix məlum deyil. Çempionumuz ilk matçını ya yanvarın 16-da, ya da 17-də keçirəcək. "Bakı" Rusiya paytaxtına məhz matçdan bir gün əvvəl yollanacaq.   


Son xəbərlər