“Simurq”un futbolçusu milliyə dəvət aldı

“Simurq”un futbolçusu milliyə dəvət aldı
XƏBƏR 4 Noyabr 2009 / 12:54 1588
-  A +

"Simurq"un yarımmüdafiəçisi Gennadi Solonitsin növbəti dəfə Latviya millisinə dəvət alıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi noyabrın 14-də Tequsiqalpaya - Honduras millisi ilə yoldaşlıq görüşünə yollanacaq 18 nəfərlik heyətdə yer alacaq. Futbolçu noyabrın 9-da Riqaya - milli komandanın düşərgəsinə yollanacaq.
Solonitsin 2000-ci ildən etibarən müntəzəm olaraq, Latviya millisinə çağırılır və bu müddətdə 37 oyun keçirərək, 1 qol vurub.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı