Bülənt Qorxmaz: “Mən istəməzdim ki, “Bakı” “Real”ın aqibətini yaşasın”

Bülənt Qorxmaz: “Mən istəməzdim ki, “Bakı” “Real”ın aqibətini yaşasın”
ÖLKƏ FUTBOLU 3 Noyabr 2009 / 17:55 2292
-  A +

“Komandanın mən istəyən səviyyəyə çatması üçün hələ vaxt lazımdır. Hazırda, heyətdə olan futbolçuların hər biri yüksək tempdə çalışır. Onların əzmkarlığı, məşqlərdə can yandırmaları məni qane edir. Birinci dövrənin sonunda komandanın həm taktiki, həm də texniki cəhətdən qənaətbəxş səviyyəyə qalxacağını zənn edirəm. Bir sözlə görüləcək işlərimiz hələ çoxdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Türkiyəli mütəxəssis sabah ölkə kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Bakılı”ya qarşı keçiriləcək matç haqda da danışıb: “Məqsədimiz həm ölkə kubokunda. həm də Premyer Liqada sona qədər mübarizə aparmaqdır.  Sabah Azərbaycan kuboku çərçivəsində keçiriləcək “Bakılı” oyunu ilə bağlı çox danışmaq istəmirəm. “Bakılı” Azərbaycan birinci divizon klublarından biridir. Komanda turnirdə ön pillələrdən birini tutur. Biz bu komandanı zəif rəqib kimi qəbul edə bilmərik. Son məşqdə futbolçularıma da bunu söyləmişəm. Baxın, “Real” Madrid bu yaxınlarda İspaniya kuboku uğrunda görüşdə üçüncü liqada mübarizə aparan bir kluba böyükhesabla məğlub oldu. Bu o deməkdir ki, favorit sayılan klublar hər zaman zəif rəqiblə oyuna bir qədər arxayın çıxır. Bəzən arxayınçılıq komandalara baha başa gəlir. “Bakılı” ilə “iki oyunluq” mübarizədə cəzalanmaq planlarımıza daxil deyil”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord