Zeynal Məmmədov: “Peres dedi ki, yorulmuşam, istirahətə ehtiyacım var”

Zeynal Məmmədov: “Peres dedi ki, yorulmuşam, istirahətə ehtiyacım var”
ÖLKƏ FUTBOLU 3 Noyabr 2009 / 16:50 2469
-  A +

“Fernando Peres öz istəyiylə komandadan gedib. Gəldi və mənə dedi ki, çox yorulmuşam, istirahətə ehtiyacım var. Ona görə də vətənimə dönmək istəyirəm”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov klubun üzvü Fernando Peresin komandadan ayrılmasına münasibət bildirərkən deyib. Z.Məmmədovun sözlərinə görə, Peresin “Bakı”ya qayıtmaq ehtimalı da var: “Onunla razılaşdıq, ortaq məxrəcə gəldik. Bildiyiniz kimi, ilin sonunadək Peresin bizimlə müqaviləsi var idi. Ərtaflı söhbət etdik, qarşılıqlı şəkildə razılaşdıq. Bizim Pereslə, onun da bizimlə heç bir problemi yoxdu. Fernando uzun illərdi “Bakı”da çıxış edirdi və komandanın daim aparıcı üzvlərindən biri olub. Amma indi öz xoşuyla getmək qərarına gəldiyini bildirdi. Lakin komandaya qayıtması da mümkündür. Özü də bu barədə dedi. Bildirdi ki, gedim, 5-6 ay dincəlim, sonradan hər şey qaydasına düşsə, yeni mövsümdən etibarən komandada çıxış etməyə hazıram”.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord