Millimiz Dubaya noyabrın 13-də yollanacaq

ÖLKƏ FUTBOLU 3 Noyabr 2009 / 14:31 2151
-  A +

Noyabrın 15-dən etibarən Dubayda start götürəcək beynəlxalq turnirdə iştirak edəcək milli komandamızın proqramı məlum olub. Qol.Az-ın məlumatına görə, noyabrın 6-da Bakıya dönəcək millimizin baş məşqçisi Berti Foqts növbəti günlərdə millinin heyətini açıqlayacaq. Ardınca ayın 12-də komanda üzvləri bir yerə toplaşacaqlar. Növbəti gün isə millimiz səfərə yollanacaq. Ümumilikdə Dubay səfəri 6 gün çəkəcək. Millimiz yarışdakı ilk oyununu noyabrın 15-də İraq millisinə qarşı keçirəcək. Komandamızın növbəti rəqibi isə digər oyunun nəticəsindən asılı olacaq. Əgər Berti Foqtsun yetirmələri İraqa qalib gəlsə, o zaman turnirin final görüşündə BƏƏ - Çexiya cütünün qalibi ilə görüşəcək. Əks halda - millimiz Asiya kubokunun qalibinə yenilsə, o zaman millimiz “təsəlli verici final”da, yəni üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq. Bu halda isə millimiz BƏƏ - Çexiya cütündən məğlub ayrılmış komandayla görüşəcək.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord