Elmar Baxşıyev: “İcarə əsasında olsa belə, “Neftçi”də oynamaq istəyirəm”

Elmar Baxşıyev: “İcarə əsasında olsa belə, “Neftçi”də oynamaq istəyirəm”
XƏBƏR 3 Noyabr 2009 / 13:50 2000
-  A +

Mingəçevirdəki “N” saylı hərbi hissədə xidmətini davam etdirən milli komandamızın və “Neftçi”nin futbolçusu  Elmar Baxşiyev mətbuatda onun MOİK-ə mümkün keçidiylə bağlı yayılan xəbərə münasibət bildirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Elmar ilk növbədə komandasının Unibank Premyer Liqanın son turu çərçivəsində “Karvan”a qarşı keçirdiyi oyun haqda danışıb: “Karvan”la oyunu televiziya vasitəsilə canlı izlədim. Qələbə qazandığımıza görə çox şadam. Növbəti oyunlarda da “Neftçi”yə uğurlar arzulayıram. MOİK-ə mümkün keçidimlə bağlı xəbərə gəlincə, karyeramı “Neftçi”də davam etdirmək istəyirəm. Bu klub mənə doğmadır. Ordu klubuna keçmək ehtimalı yaransa, icarə əsasında olsa belə, “Neftçi”də oynamaq istərdim”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın