Bir oyuna görə 5200 manat cərimə

Bir oyuna görə 5200 manat cərimə
XƏBƏR 3 Noyabr 2009 / 13:43 1751
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqanın son turunda vərəqə limitini aşdıqlarına görə "Karvan", "Turan" və “Olimpik-Şüvəlan” klubu hərəyə min manat cərimə olunublar.
“Turan”la görüşdə “Muğan”ın üzvü Vüsal Hüseynov rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunur. Oyunun 63-cü dəqiqəsində "Muğan" klubunun daha bir üzvü - Miloş Zeçeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Qarşılaşmanın 81-ci dəqiqəsində "Turan" klubunun üzvü Hafiz Əliyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub isə 2000 manat cəriməyə məruz qalıb.

 


Son xəbərlər