Ramal Hüseynovun "standard" cəzası

Ramal Hüseynovun "standard" cəzası
XƏBƏR 3 Noyabr 2009 / 13:37 1709
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqanın son turunda “Olimpik-Şüvəlan”a qarşı keçirilən oyunda rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün “Standard”ın futbolçu Ramal Hüseynov 2 oyunluq cəzalanıb, klub isə 2000 manat cərimə olunub.

Xatırladaq ki, Hüseynov bir müddət əvvəl "Neftçi"ylə oyunda da qırmızı vərəqə aldığından eyni cəzaya məruz qalmışdı.


Son xəbərlər