“Neftçi” kubok oyununu Respublika stadionunda keçirməyəcək

“Neftçi” kubok oyununu Respublika stadionunda keçirməyəcək
XƏBƏR 2 Noyabr 2009 / 18:40 1766
-  A +

Noyabrın 4-də ölkə kubokunun 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Neftçi İSM” ilə qarşılaşacaq “Neftçi” rəqibini Respublika stadionunda qəbul etməyəcək. Bu haqda Qol.Az-a verdiyi müsahibədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib: “Bildiyiniz kimi, mövsüm öncəsi “Neftçi” ev oyunlarını keçirmək üçün iştirak ərizəsində əsas stadion kimi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu göstərib. Respublika stadionu isə köməkçi meydança kimi təqdim olunub. Bu səbəbdən də həm kubok, həm də çempionat oyunlarını məhz Bakıxanov qəsəbəsindəki arenada keçirəcəyik. Bir müddət əvvəl sözügedən arena ardıcıl beynəlxalq oyunları qəbul etdiyindən, necə deyərlər “yüklənmə”yə məruz qalmışdı. Məhz bu səbəbdən də “Karvan”la çempionat oyununu Respublika stadionunda keçirdik. Amma kubok oyunu zamanı rəqibimizi İsmət Qayıbov adına Respublika stadionunda qəbul edəcəyik”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki