“Neftçi” ilk turda “Bakı”yla qarşılaşacaq

“Neftçi” ilk turda “Bakı”yla qarşılaşacaq
XƏBƏR 2 Noyabr 2009 / 16:35 1934
-  A +

Bu gün AFFA-nın inzibati binasında «Azercell U-17 liqa»nın püşkatma mərasimi keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Liqada mübarizə aparacaq klubların və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk yarışın ötən il keçirildiyini, bu yaş qrupuna daxil olan yeniyetmələrin futbolla daha peşəkar səviyyədə məşğul olmasına şərait yaratmaq məqsədilə AFFA İcraiyyə Komitəsinin 14 avqust 2009-cu il tarixli iclasında U-17 liqasının yaradılması barədə qərar qəbul olunmasını xatırladıb. E.Məmmədov bildirib ki, ölkəmizdə futbolun inkişafına öz töhfəsini vermək istəyən Azercell şirkəti AFFA-nın U-17 liqasının baş sponsorudur və bu turnir «Azercell U-17 liqa» adı altında keçiriləcək. Çıxışının sonunda baş katib bütün komandalara müvəffəqiyyət arzulayıb. Sonra Azercell şirkətinin Korporativ Ünsiyyət və Korporativ Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək deyib ki, öz sahəsində daim yeniliklər edən, yeni texnologiyalar və servislər təqdim edən Azercell, həmçinin idmana da böyük dəstək verir. O, ümidvar olduğunu bildirib ki, AFFA və Azercell-in birgə səyləri və bütün futbolsevərlərin dəstəyi nəticəsində futbolumuz daha sürətlə inkişaf edəcək, gələcək ulduzların çıxış edəcəyi U-17 liqası hamını çox maraqlı və yaddaqalan oyunlarla sevindirəcək.
Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnrilərin Təşkili Şöbəsinin rəhbəri Bəhruz Əsgərov «Azercell U-17 liqa»nın Əsasnaməsi ilə bağlı zəruri qeydləri iştirakçıların nəzərinə çatdırıb.
Veteran futbolçu Nazim Süleymanov öz çıxışında uşaq futboluna diqqətin vacibliyini vurğulayıb və «Azercell U-17 liqa»da çıxış edəcək komandalara müvəffəqiyyət arzulayıb.
Çıxışlar başa çatdıqdan sonra «Azercell U-17 liqa»nın püşkü atılıb. Püşkün nəticəsinə əsasən, noyabrın 10-da keçiriləcək və «Qarabağ»ın istirahət edəcəyi ilk turda komandalar aşağıdakı qaydada qarşılaşacaq:

Turan - Neftçi İSM
Standard - Vətən
Simurq - MKT-Araz
Muğan - Xəzər Lənkəran
Bakı - Neftçi
Qəbələ - Karvan
İnter - Olimpik

Püşkatma mərasiminin sonunda KİV nümayəndələrinə Azercell şirkətinin hədiyyələri təqdim olunub.


Son xəbərlər