Donuz qripi "Dinamo" (Kiyev) - "İnter" matçına təsir edə bilər

Donuz qripi "Dinamo" (Kiyev) - "İnter" matçına təsir edə bilər
XƏBƏR 2 Noyabr 2009 / 12:10 1900
-  A +

Noyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev) - “İnter” oyunu azarkeşsiz keçirilə bilər. Qol.Az-ın Kiyevə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda ölkə ərazisində AH1N1 virusu - “donuz qripi” aşkarlığından dövlət tərəfindən qəbul olunmuş qərara əsasən bütün ictimai yerlərdə insanlar qoruyucu maskalarla dolaşırlar. Lakin həftə sonu keçirilən ölkə çempionatının qarşılaşmalarını stadiondan canlı izləyən azarkeşlər bu göstərişə məhəl qoymayıblar. Hətta bu gün dövlət strukturlarının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək  “Dinamo” - “İnter” matçında azarkeşlərin stadiona ya qoruyucu maskalarla gəlməsi, ya da ümumiyyətlə, oyunun azarkeşsiz keçirilməsi barəsində qəti qərar çıxardacaqları gözlənilir.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı