Roman Pokora: “Hakimlikdən çox narazı qaldım”

Roman Pokora: “Hakimlikdən çox narazı qaldım”
ÖLKƏ FUTBOLU 31 Oktyabr 2009 / 20:58 2046
-  A +

“Oyun haqda çox danışmaq istəmirəm. Özünüz hər şeyi gördünüz. Həmkarımın da dediyi kimi, “Simurq”u Zaqatalada məğlub etmək heç də hər klubun işi deyil. Bunu da bugün sübut etdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: “Hakimlikdən çox narazı qaldım. Vüsal Əliyevin idarəçiliyi yaxşı idi. Lakin onu əvəzləyən Rasim Məmmədov oyunu çox aşağı səviyyədə idarə etdi. Mən deyərdim ki, həmin hakimin səviyyəsi futbolçuların səviyyəsindən çox aşağı idi”.

 

 

Daha çox


Son xəbərlər