Kaxaber Sxadadze: “Simurq”la oyunda 1 xal məni qane edir”

Kaxaber Sxadadze: “Simurq”la oyunda 1 xal məni qane edir”
XƏBƏR 31 Oktyabr 2009 / 20:44 1805
-  A +

“Mən oyundan razı qaldım. Qarşılaşma çox maraqlı keçdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis qazandıqları 1 xala görə sevindiyini bildirib: “Qazandığımız bir xal məni qane edir. Çünki “Simurq” çox güclü komandadır. Bu klubu səfərdə məğlub etmək hər komandanın işi deyil. Buna görə də qazandığımız bir xalı uğurlu nəticə kimi qeyd etmək olar. Əsas odur ki, uduzmadıq. Qazandığımız 1 xal nəticəsində turnir cədvəlinin zirvəsindəki yerimizi qoruduq”.


Son xəbərlər