Oliver Pelzer: "İstedadlı futbolçuların yetişdirilməsinə çalışmalıyıq"

Oliver Pelzer: "İstedadlı futbolçuların yetişdirilməsinə çalışmalıyıq"
XƏBƏR 31 Oktyabr 2009 / 18:45 2043
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Oliver Pelzer AFFA-nın rəsmi internet saytına fikirlərini bildirib: «Rəqibimizdən güclü oynadıq. Daha böyük hesabla qalib gələ bilərdik. Amma yaradılan qol epizodlarından istifadə edə bilmədik. Növbəti mərhələyə yüksəlmək şansını əldən verdiyimiz üçün təəssüflənirik. Qrup oyunları geridə qaldı. Artıq gələcəyə baxmalı və istedadlı futbolçuların yetişdirilməsinə çalışmalıyıq».

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki