"Neftçi" dördüncü pilləyə yüksəldi

"Neftçi" dördüncü pilləyə yüksəldi
PREMYER LİQA 1 Noyabr 2009 / 16:22 7249
-  A +

Bu gün keçirilən daha 3 qarşılaşmayla Unibak Premyer Liqada IX tura yekun vuruldu. Qol.Az saat 14:00-dən etibarən IX turun son oyunlarından canlı-mətn reportaj yayımladı. 

 
1 noyabr (bazar)

«Neftçi» - «Karvan» 1:0 
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Elçin Məmmədov, Munis Abdullayev, Eldar Nağıbəyov, Ramil Diniyev

 

Oyun başa çatdı.

81. "Karvan" hesabı bərabərləşdirə bilərdi. Lakin Qribauskas İsmayıl Məmmədovun qüvvətli zərbəsini tuta bildi.

75. "Karvan"da növbəti dəyişiklik. Yakuba Bamba meydana daxil olur.

72. Rəşad Abdullayevin zərbəsi qeyri-dəqiq alındı. Təcrübəli artıq dördüncü dəfə qol şansını qaçırır.

70. "Karvan"da oyunçu dəyişikliyi baş verir. Cavid İmamverdiyevi Anar Həsənov əvəzlədi.

61. "Neftçi" ikinci qolu vurmağa yaxın idi. Lakin yenə də "Karvan"ın qapıçısı İvan Vasilyev Rəşad Abdullayevlə dueldən qalib ayrıldı.

57. Quqlemonun zərbəsi təhlükəli alındı.

55. Suat Ustanın təhlükəli zərbəsi qapının üstündən keçdi.

53. "Neffçi" ikinci qolu vurmağa çox yaxın idi. Lakin "Karvan"ın qapıçısı son anda Rəşad Abdullayevin sevinməsinə mane oldu.

Bu matçda qalib gələcəyi halda "Neftçi" turnir cədvəlində dördüncü pilləyə yüksələcək.

47. "Neftçi" ikinci hissəyə fəal başladı. Hüucm təhlükəli alına bilərdi. Lakin İsmayıl Məmmədov Rail Məlikovun qarşısını kəsə bildi.

İkinci hissə başladı.

Birinci hissə başladı.

44. Quqlemonun zərbəsi zəif alındı.

42. Neaqa hakimlə mübashisə etdiyinə görə sarı vərəqəylə cəzalandı.

39. "Neftçi" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Rəşad Abdullayev künc zərbəsindən sonra ötürülən topa çox gözəl zərbə vursa da, top qapıdan azca aralı keçdi.

30. "Karvan"ın daha bir hücumu təhlükəli alındı. Lakin Ernani Pereyranın zərbəsi qapıdan aralı keçdi.  

23. "Karvan"da da dəyişiklik edildi. Elxan Cəbrayılovu Ömər Berdiyev əvəzlədi.

22. "Karvan" hesabı bərabərləşdirməyə çox yaxın idi. İsmayıl Məmmədovun cərimə zərbəsin çox təhlükəli alınsa da, top qapıdan az fərqlə aralı keçdi.

20. "Karvan"ın hücumu təhlükəli alındı. Lakin Rail Məlikov qüvvətli zərbəylə topu uzaqlaşdırmağa müvəffəq oldu.

19. "Neftçi"nin heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Leonard Naydini Nazar Bayramov əvəzlədi.  

16. QOL. "Neftçi "hesabı açdı. Kruqlov fərqləndi.

9. Cavid İmamverdiyevin zərbəsini "Neftçi"nin qapıçısı tuta bildi.

5. Matça "Karvan" fəal başlayıb.

Oyun başladı.

 

«Muğan» - «Turan» 2:3 
Salyan Olimpiya Kompleksinin stadionu
Hakimlər: Fariz Yusifov, Vaqif Ayvazov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev

Salyanda baş tutan qarşılaşma həddindən artıq maraqlı alındı. 5 qol, 3 qırmızı vərəqə, het-trik. Yəqin ki, görüşün bu cür maraqlı alınacağını çoxları gözləmirdi.  

Oyun başa çatdı.

84. Bu dəfə də "Turan"dan Hafiz Əliyev qırmızı vərəqə aldı.

76. "Turan" dördüncü qolu vurmaq üçün irəli atılıb.

70. "Muğan" meydanda 9 nəfərlə qaldı. Miloş Zeçeviç ikinci sarı və avtomotik qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı.

65. Qoldan sonra fəallaşan "Muğan" məğlubiyyətdən yaxa qurtarmağa çalışır. Lakin Alispahiçin komandası hələ ki istəyinə çatmır.

58. QOL. Samir Musayev het-trikə imza atdı. "Turan" artıq hesabda öndədir.

55. "Muğan" meydanda azlıqda qaldı. Vüsal Hüseynov qırmızı vərəqə aldı.

53. İlk hissədən fərqli olaraq, komandalar fasilədən sonra bir qədər ehtiyatlı oynayırlar.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

35. "Muğan"ın hücum təhlükəli alındı. Lakin "Muğan"ın qapıçısı səhvsiz oynadı bu epizodda.

İlk 28 dəqiqəyə 4 qol - yəqin ki bu cür başlanğıcı heç kim gözləmirdi.

Uzun müddətdir qol vura bilməyən Musayevin deyəsən. bu gün ayağı "açılıb".

28. QOL. "Turan" yenidəın hesabı bərabərləşdirdi. Samir Musayev özünün və komandasının ikinci qolunu vurdu.

24. QOL. "Muğan" yenidən hesabda önə keçdi. Ruslan Qafitullin başla topu qapıya göndərərək, komandasını hesabda önə keçirdi.

22. Qarşıqlı qollardan sonra da hər iki komanda hücuma üstünlük verir. Komandaların hər ikisi baxımlı oyun sərgiləyirlər.

15. QOL. "Turan" hesabı bərabərləşdirdi. Samir Musayev fərqləndi.

8. Bu dəfə "Turan"ın hücumu təhlükəli alındı.

5. Daha bir qol. Amma bu dəfə Fariz Yusifov oyundankənar vəziyyət qeydə alaraq, qolu saymadı.

3. QOL. "Muğan" matça qolla başladı. Vüsal Əliyev komandasının hesabda önə keçirdi.

Oyun başladı.


 
«Standard» - «Olimpik-Şüvəlan» 0:1 
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Elman Musayev, Elşən Durmuşov, Rauf Cabbarov

Böyükağa Hacıyevin "Standard"dakı debütü uğursuz alındı.  

Oyun başa çatdı.

Maraqlıdır ki, "Standard"ın qapısına yol tapan Tərlan Xəlilov bir vaxtlar "Bakı"da məhz Böyükağa Haclyevin rəhbərliyi altında oynayırdı.

85. QOL. "Olimpik-Şüvəlan" hesabı açdı. Tərlan Xəlilov fərqləndi.

80. "Standard" meydanda azlıqda qaldı. Ramal Hüseynov qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoydu.  

75. Komandalar təhlükəli hücum qurmaqda çətinlik çəkirlər.

68. Matçın sonuna çox az vaxt qalsa da, komandalar fəal deyillər. Matç bu dəqiqələrdə çox sönük keçir.

54. Fasilədən sonra da oyun əsasən meydanın mərkəzində keçir. Bu gedişlə qarşılaşmanın taleyini deyəsən. bir qol həll edəcək. Maraqlıdır, həmin qolu hansı komanda vuracaq?

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. "Olimpik-Şüvəlan" fəallaşıb.

27. "Standard" ardıcıl iki təhlükəli hücum qursa da, hesabı açmaq mümkün olmadı.

20. Bu dəqiqələrdə mübarizə əsaəsn meydanın mərkəzində keçir. Qapılar qarşısında hələ ki, real qol epizodu yaşanmayıb.

14. Oyun qarşılıqlı hücumlar şəraitində keçir.

10. "Olimpik-Şüvəlan"ın əks-hücumu təhlükəli alındı. Lakinn Doroşun zərbəsi qeyri-dəqiq oldu.  

5. Matçda "Standard" fəal başlayıb. Böyükağa Hacıyevin yetirmələri ilk dəqiqələrdən üstünlüyə yiyələnib.

Oyun başladı.

 

 

31 oktyabr (şənbə)

«Simurq» - «İnter» 1:1 
Zaqatala şəhər stadionu
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Azər Məmmədov, Rasim Məmmədov

 

Oyun başa çatdı.

83. "İnter"in hücumu təhlüəli alındı. Lakin Roşanın zərbəsində azacıq dəqiqlik çatışmadı.

78. "Simurq" ikinci qolu vura bilərdi. Lakin Petrovun zərbəsini "İnter"in qapıçısı tuta bildi.

72. "İnter" hesabda önə keçməyə yaxın idi. Lakin Zlatinovun zərbəsi qapının üstündən keçdi.

68. "İnter" hücumlarının sayını artırıb. Lakin "Simurq"un müdafiəçiləri hələ ki səhvsiz oynayırlar.

62. "Simurq"un hücumu təhlükəli alına bilərdi. Lakin Petrov növbəti dəfə ofsayta düşdü.

60. Komandalar təhlükəli hücum qurmaqda çətinlik çəkirlər.

54. Bu dəfə qoldan sonra "Simurq" bir qədər fəallaşıb. Lakin Zaqatala klubu rəqibin qapısı qarşısında təhlükəli hücum qurmaqda çətinlik çəkir.

48. QOL. "İnter" ikinci hissəyə qolla başladı. Odikidza fərqləndi - 1:1.

47. İkinci hissəyə "İnter" fəal başlayıb.

Hava şəraiti ilə əlaqədar hazırda stadionun internet şəbəkəsində müəyyən problemlər yaranıb. Buna görə də "Simurq"un rəsmi internet saytında matçın gedişini azarkeşlərə canlı şəkildə təqdim etmək mümkün olmur. Bu səbəbdən klubun mətbuat xidməti azarkeşlərdən üzr istəyir və bildirir ki, qarşılaşmanın gedişini məhz Qol.Az saytından izləsinlər.

Hazırda Zaqatalada güclü duman var. Bu cür hava şəraiti müəyyən probelmlər yaratsa da, göyün üzəri çox gözəl görünür.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. Son dəqiqələrdə üstünlük "İnter"in tərəfindədir.

31. "Simurq"un hücumu təhlükəli alına bilərdi. Lakin Petrov ofsayta düşdü.

28. Hər iki komanda ardıcıl təhlükəli hücum qurdu. Lkain hər iki epizodda qapıçılar səhvsiz oynadılar.

25. Oyunda ilk dəyişiklik baş verir. Lakin əvəzetmədən meydana futbolçu yox, hakim daxil olur. Vüsal Əliyev zədələndiyindən oyunu davam etdirə bilmir. Onu dördüncü hakim Rasim Məmmədov əvəzləyir.

15. Qoldan sonra mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real qol epizodu yoxdur.

6. QOL, "Simurq" hesabı açdı. Çxetiani cərimə zərbəsindən topu qapıya göndərdi.

Oyun başladı.

 

«Qəbələ» - «Bakı» 0:2 
Qəbələ şəhər stadionu, süni örtüklü meydança
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, İlham Əliyev, Azad Mütəllimov

Bununla da "Bakı" ardıcıl ikii məğlubiyyətdən sonra qələbə qazanmağı bacardı. Bu həm də Bülənt Qorxmazın "Bakı"nın baş məşqçisi kimi ikinci qələbəsi oldu.

Oyun başa çatdı.  

84. Muscalu meydana daxil olduqdan dərhal sonra qol vurmağa yaxın idi. Lakin "Qəbələ"nin qapıçısı topu geri qaytardı. Geri dönən topu Borets qapıya göndərsə də, müdafiəçilər qola imkan vermədilər.  

82. "Bakı"nın heyətində dəyişiklik edildi. Georgi Adamiyanı Kristian Muscalu əvəzləyir. Bununla da rumıniyalı futbolçu "Bakı"nın heyətində rəsmi debüt etdi.

81. Şarliya bu dəfə də komandasının qoldan xilas etdi.

78. Torres hesab arasındakı fərqi azalda bilərdi. Lakin Şarliya qola imkan vermədi.

76. QOLLL. "Bakı" ikinci qolu vurdu. Soliç müdafiəçidən ustalıqla sıyrılaraq, topu uzaq küncə göndərdi - 2:0.

74. "Qəbələ" daha bir təhlükəli hücum qurdu. Lakin Şarliya komandasını xilas etdi.

70. "Bakı" oyunda ən real qol epizodunu boşa verdi. Jaba və Soliç bir müdafiəçiyə qarşı çıxdılar. Lakin Jaba ötürmə vermək əvəzinə müdafiəçini aldatmağa cəhd etdi və nəticədə topu itirdi.   

66. Torresin zərbəsi təhlükəli alındı.

"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov məğlubiyyətdən yaxa qurtarmaq üçün artıq iki oyunçu dəyişikliyindən istifadə edib.

60. Son dəqiqələrdə "Qəbələ" üstünlüyü ələ keçirib. "Bakı" geri çəkilərək, rəqibini əks-hücumda yaxalamağa çalışır.   

48. "Bakı" ikinci hissəyə qolla başlaya bilərdi. Lakin künc zərbəsindən ötürülən topa Ernad Skuliç istədiyi kimi zərbə vura bilmədi. Necə deyərlər, top başa "oturmadı"

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

40. "Bakı" ikinci qolu vurmağa yaxın idi. Lakin Doroşev bu dəfə Bəxtiyarın sevinməsinə imkan vermədi.

39. QOLLL. "Bakı" hesabı açdı. Qolun adı Bəxtiyar Soltanov.

32. "Bakı" daha bir qol şansını boşa verdi. Soliçin zərbəsindən sonra qapıçı topu qaytardı.

26. "Bakı" oyunda ikinci real qol vəziyyətini qaçırdı. Adamiya qapıçını aldatmağa cəhd göstərsə də, istəyinə çatmadı və nəticədə topu itirdi.

19. Kənan Kərimov qapıçıyla təkbətək çıxa bilərdi. Lakin müdafiəçilər onun irəliləməsinə imkan vermədilər.

13. "Bakı" hesabı açmağa yaxın idi. Lakin Jaba qapıçıyla təkbətəkdən yararlana bilmədi.  

9. "Qəbələ"dən Vurğun Hüseynov sarı vərəqəylə cəzalanır. O Bəxtiyar Soltanova qarşı kobud oynamışdı.  

6. "Bakı" hesabı aça bilərdi. Lakin "Qəbələ"nin qapıçısı Dorosev qola imkan vermədi.  

2. Oyuna "Bakı" fəal başlayıb. "Zolaqlılar" ilk dəqiqələrdən rəqibini qapısına doğru sıxışdırıb.

Oyun başladı.


 

30 oktyabr (cümə)

«Qarabağ» - «Xəzər-Lənkəran» 1:0 
Quzanlı qəsəbə stadionu
Haimlər: Anar Salmanov, Mehman Mahmudov, Azər Əsgərov, Ceyhun Haşımov 

Bu qələbə sayəsində "Qarabağ" turnir cədvəlində zirvəyə yüksəldi. 

Oyun başa çatdı.

90. "Qarabağ" ikinci qoluv vurmağa çox yaxın idi. Əvvəlcə Rauf Əliyev rəqibin müdafiə xəttini təkbaşına yararaq, qapıya zərbə endirsə də, Kamran topu uzaqlaşdırdı. Daha sonra Vüqar Nadirovun zərbəsini Ağayev möhtəşəm reaksiyayla küncə çıxardı.

89. "Xəzər Lənkəran"da Juninyonu Mario Souza əvəzlədi.

88. "Qarabağ"da sonuncu əvəzetmə. Əfran İsmayılovu Ayxan Abbasov əvəzləyir.

86. QOL. "Qarabağ" hesabı açdı. Rauf Əliyev başla topu qapıya göndərdi.

83. Hər iki komandanın heyətində oyunçu dəyişikliyi baş verdi. "Qarabağ"da Namiq Yusifovu Aslan Kərimov əvəzləyir. "Xəzər Lənkəran"da isə Denis Kalinkovun əvəzinə Nizami Hacıyev meydana daxil olur.

82. "Qarabağ"dan Maksim Medvedyev, "Xəzər Lənkəran"dan siə Denis Kalinkov sarı vərəqəylə cəzalandı.

80. "Qarabağ"da ilk dəyişiklik. Elvin Məmmədovu Rauf Əliyev əvəzlədi.

79. Vaqif Cavadov başla qapıya istədiyi kimi zərbə vura bilmədi.  

75. Rəşad Sadiqovun zərbəsi qapının üstündən keçir. 

73. Bu dəfə də Svetkov sarı vərəqəylə cəzalandı.

71. Əfran İsmayılovun asmasına toxunan olmadı.

68. Devran Ayhan sarı vərəqəylə cəzalandı.

67. "Xəzər Lənkəran" oyunda ilk real qol epizodunu yaratdı. Lakin Lalinin zərbəsini Fərhad Vəliyev qaytara bildi.

65. Devran Ayhanın zərbəsi qapıdan xeyli aralı keçdi.

62. Əfran İsmayılovun zərbəsini Kamran tutdu.

57. Matçda ilk sarı vərəqə "Qarabağ"dan Namiq Yusifova göstərildi.

54. Vaqif cərimə meydançasında iki rəqibindən sıyrılaraq, ötürmə versə də, Rahid Əmirquliyev topu uzaqlaşdıra bildi.

51. Admir Telinin zərbəsindən sonra top qapının üstündən keçdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

43. Rəşad Sadiqovun zərbəsini Kamran zərərsizləşdirdi.

38. "Xəzər Lənkəran"ın hücumu təhlükəli alındı. Lakin Alin qapıya istədiyi kimi zərbə endirə bilmədi.

31. Kalinkovun zərbəsi qapının yanından keçdi.

29. Vaqif Cavadovun cərimə zərbəsindən sonra müdafiəçilərə dəyərək, top küncə çıxdı.  

21. "Qarabağ"ın hücumu təhlükəli alındı. Lakin müdafiəçilər Vüqar Nadirovun cərimə meydançasına daxil olmasına imkan vermədilər.

13. Vaqif Cavadovun cərimə zərbəsi təhlükəli alındı. Lakin Kamran Ağayev topu küncə çıxara bildi.

12. Devran Ayhanın zərbəsi qapıdan xeyli aralı keçdi.

11. Vaqif Cavadov topa istədiyimi zərbə vura bilmədi.

9. "Qarabağ"ın müdafiəçiləri Denis Kalinkova qapıya zərbə vurmağa imkan vermədilər.

6. Rahid Əmirquliyevin zərbəsi qapının xeyli üstündən keçdi.

4. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Lakin Pexa Vüqar Nadirovun qapıçıyla təkbətək çıxmasına imkan vermədi.

2. Oyunda ilk künc zərbəsini qonaqlar yerinə yetirdilər. Lakin Todorovun zərbəsi qapının üstündən keçdi.

Oyun başladı. 

 

KOMANDALAR

O

Q

H

M

T-F

Xal

1. "Inter"

9

6

2

1

19-9

20

2 "Qarabağ"

9

6

2

1

8-3

20

3 "Simurq"

9

5

2

2

10-8

17

4. "Neftçi"

9

5

0

4

8-6

15

5. "Xəzər Lənkəran"

8

4

2

2

10-5

14

6. "Qəbələ"

9

4

2

3

10-12

14

7. "Olimpik-Şüvəlan"

9

3

3

3

11-11

12

8 "Muğan"

9

3

2

4

7-12

11

9. "Bakı"

8

3

1

4

5-6

10

10. "Turan"

9

2

2

5

10-14

8

11. "Karvan"

9

1

2

6

10-14

5

12."Standard"

9

0

2

7

7-15

2

 


Son xəbərlər