Vaqif Sadıqov: “Bu oyun “Neftçi”nin səviyyəsinə uyğun deyildi”

XƏBƏR 21 Oktyabr 2009 / 19:06 1941
-  A +

“Yaxşı oynamadıq və komandamın göstərdiyi oyundan heç cür razı qala bilmərəm. Bu oyun “Neftçi”nin səviyyəsinə və adına uyğun deyildi. Komandanı yeni qəbul etdiyimizdən hələ ki, zamana ehtiyacımız var”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində Qəbələdə “Qəbələ”yə 0:1 hesabıyla məğlub olan Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov yerli komandanı tərifləməyi də yaddan çıxarmayıb: “Biz bura gəlməmişdən əvvəl də bilirdik ki, çox çətin bir oyun olacaq. Çünki “Qəbələ” həqiqətən də yaxşı komandadır və oynadığı bütün oyunlarda rəqiblərinə başağrısı olub. Bizimlə oyunda da belə oldu”.   

 

Daha çox


Son xəbərlər