Əsgər Abdullayev: “Bu qələbə “qara zolaq”dan çıxmağımıza kömək edəcək”

Əsgər Abdullayev: “Bu qələbə “qara zolaq”dan çıxmağımıza kömək edəcək”
XƏBƏR 21 Oktyabr 2009 / 18:55 1874
-  A +

“Bu qələbə bizim üçün çox önəmli idi. Sevinirəm ki, istəyimizə nail olduq və növbəti 3 xalımızı qazandıq. İnanıram ki, bu qələbə komandanın “qara zolaq”dan çıxmasına kömək edəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyunsonrası mətbuat konfransında “Olimpik-Şüvəlan”ın baş məşqçisi Əsgər Abdullayev deyib. Abdullayev bildirib ki, növbəti turlarda komandasını nisbətən asan oyunlar gözləyir: “Komandamızda müəyyən problemlər var. Amma bu da başadüşüləndir. Çünki mövsümün əvvəlində tam yeni heyət qurmuşuq. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün zamana ehtiyac var. Növbəti turlarda daha inamlı çıxış edəcəyimizə inanıram. Həm də çətin oyunların əksəri arxada qalıb. İndi bir qədər zəif komandalarla qarşılaşacağıq ki, bu da xal ehtiyatımızı artırmağa kömək edəcək”. 


Son xəbərlər