Yunis Hüseynov: “Daha bu komandada işləmək istəmirəm"

Yunis Hüseynov: “Daha bu komandada işləmək istəmirəm"
XƏBƏR 21 Oktyabr 2009 / 18:45 2087
-  A +

“Bugünkü oyunda komandamdan narazı qaldım. Futbolçular onlara bəslədiyim ümidləri doğrultmadılar”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyunsonrası mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Gənc mütəxəssis bildirib ki, komandasında faktiki olaraq heç nə alınmır: “Uduza-uduza gedirik. Bunun sonu necə olacaq bilmirəm. Amma şəxsən mən daha bu komandada işləmək istəmirəm. Buna görə də istefa verib, gedirəm. Komandada faktiki olaraq heç nə alınmır. Əgər hücumçu boş qapıya qol vura bilmirsə, ona necə hücumçu demək olar? Komandada ciddi problemlər var”.


 


Son xəbərlər