“İnter” Cavid Hüseynova görə AFFA-dan komək gözləyir

“İnter” Cavid Hüseynova görə AFFA-dan komək gözləyir
XƏBƏR 21 Oktyabr 2009 / 14:30 2047
-  A +

Azərbaycan millisinin üzvü Cavid Hüseynovun hərbi xidmətə getməsi məsələsinə onun məxsus olduğu “İnter” klubu da münasibət bildirib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, bu məsələdə hər şey AFFA dan asılı olacaq: “Futbolçunun özü mətbuata açıqlamasına fikirlərini bildirib. Eyni zamanda AFFA da məsələyə münasibətini ortaya qoyub və bu məsələ üzərində işləyəcəklərini deyiblər. Təbii, Cavid Azərbaycan Respublikasının vətəndaşıdır və ona hərbi xidmətə çağırış vərəqəsinin gəlməsində təəccüblü bir şey yoxdur. Lakin nəzərə alaq ki, Cavid həm də milli komandamızın üzvüdür və Azərbaycanın ən perspektivli futbolçularından sayılır. Hər halda, AFFA kömək etsə, Cavid futbolçu kimi karyerasını davam etdirə bilər. Biz də klub olaraq Hüseynovu itirmək istəmirik. Amma burada federasiyanın təsir qüvvəsi daha böyükdür. Cavidə gəlincə, o, hazırda klubun düşərgəsində olsa da, sabah xidmət edəcəyi hərbi hissəyə yola düşəcək. Bu üzdən “Bakı” ilə oyunu da buraxacaq”.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord